Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
SOCAR Rusiya şirkətinin məhsullarını digər ölkələrə tədarük edəcək
SOCAR Rusiya şirkətinin məhsullarını digər ölkələrə tədarük edəcək

SOCAR beynəlxalq neft-qaz ticarətində öz mövqelərini gücləndirmək niyyətindədir.

Bu barədə Dövlət Neft Şirkətindən məlumat verilib.

Bildirilib ki, bu istiqamətdə “Rosneft” şirkətinin istehsal etdiyi neft məhsullarını Ukrayna, Polşa, Baltikyanı ölkələrə və digər Şərqi Avropa ölkələrinə tədarük etmək hüququnu təmin edən saziş imzalanıb.

Qeyd olunub ki, nəzərdə tutulan əməliyyatların həcmi və müddəti hazırda razılaşdırılmaqdadır.

Xatırladaq ki, daha əvvəl Ukrayna və Rusiya mediasında SOCAR-ın Rusiyaya məxsus “Rosneft” şirkətinin neft məhsullarını Ukraynaya ixracı üzrə operator olacağı ilə bağlı məlumat yayılmışdı.(oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »