Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əfqanıstanın prezidenti İlham Əliyevə zəng edib
İlham Əliyev

Mayın 14-də Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə telefonla zəng edib. Əfqanıstan Prezidenti dövlətimizin başçısını və Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib, firavanlıq arzularını çatdırıb.

Bizimyol.info xəbər verir ki, Prezidentin mətbuat xidmətindən məlumata görə, Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Əfqanıstan Prezidentinə minnətdarlığını bildirib və öz növbəsində Məhəmməd Əşrəf Qanini və Əfqanıstan xalqını Ramazan bayramı münasibətilə təbrik edərək sülh və əmin-amanlıq arzulayıb.

Əfqanıstan Prezidenti Azərbaycanın ölkəsinə verdiyi dəstəyə görə bir daha dövlətimizin başçısına təşəkkür edib. Azərbaycan Prezidenti Ermənistan-Azərbaycan müharibəsi dövründə Əfqanıstanın Azərbaycana göstərdiyi dəstəyə görə Məhəmməd Əşrəf Qaniyə bir daha minnətdarlıq ifadə edib.

Söhbət zamanı Azərbaycanla Əfqanıstan arasında dostluq münasibətlərinin inkişafından məmnunluq ifadə edilib, əlaqələrimizin daha da möhkəmlənəcəyinə əminlik bildirilib.

Paylaş »
››› Düşmən tərəfdən ordumuz haqda maraqlı paylaşım gəldi
››› “Mina xəritələrinin verilməsində ABŞ-ın xüsusi vasitəçiliyi mühüm rol oynayıb”
››› Paşinyan çıxışı zamanı çoxlu səhv edib
››› Abel Məhərrəmovun restoranının administratoru həbs edilib
››› AVRO-2020: Danimarka – Finlandiya oyunu dayandırılıb
››› Türkiyə Prezidenti: “Şuşaya, Zəfərin qazanıldığı torpaqlara səfər edəcəm”
››› Göründüyündən də böyük hadisə
Son xəbərlər
Bütün xəbərlər »