Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycanlılar Zəngəzurda Qaragölü əhatəyə alıblar” – Ermənistan mətbuatı
“Azərbaycanlılar Zəngəzurda Qaragölü əhatəyə alıblar” – Ermənistan mətbuatı

Zəngəzurdakı gərginlik böyük ölkələrin də diqqətini çəkib. Rusiya hər iki tərəflə telefon əlaqəsi saxlayır. ABŞ Ermənistanı və Azərbaycanı təmkinli davranmağa çağırıb. Ermənistanın bütün əməllərini alqışlayan Fransa prezidenti Emmanuel Makron həmişəki kimi bizi ittiham etməkdən çəkinməyib.

Bizimyol.info xəbər verir ki, Ermənistan mətbuatı mayın 14-nə də Qaragöl qarşıdurmasına böyük diqqət ayırmaqla başlayıb. Bu haqda xeyli yazılar gözə dəyir. Azərbaycanlı hərbçilərin 3 km irəliləyərək yaxınlaşdığı Verişen kəndindən reportaj da hazırlanıb.

Jurnalistlər Qaragölə tərəf gedə bilməyib. Yazdıqlarına görə, məhz Ermənistan sərhədçiləri onlara imkan verməyib. Yalnız kənd sakinləriylə söhbətləşmək mümkün olub. Qarşılaşdıqları ilk sakin deyib ki, azərbaycanlılar artyıq gölü tam olaraq əhatəyə alıblar.

Kənddə həyatın öz axarıyla getdiyi yazılıb. Ümumiytətlə, Ermənistan mətbuatı elə təəssürat yaratmağa çalışır ki, ölkənin heç bir yerində azərbaycanlılardan çəkinmirlər. Halbuki elə reportajın özündə başqa ovqat hiss olunur. Verişenin sakinlərindən biri jurnalistə deyir ki, yerli çoban azərbaycanlıların ona 30-40 metr məsafəyə qədər yaxınlaşdığını xəbər verib. Bizim hərbçilər çobana deyib ki, heyvanlarını götür, get buradan.

Verişen administrasiyasının rəhbəri Ararat Ordyan mətbuata hələ nə baş verdiyini tam anlamadıqlarını etiraf edib. İcma başçısı buna baxmayaraq, hər vəziyyətə hazır olduqlarını söyləyib.

Qaragöl ətafında vəziyyət son bir neçə gündə gərginləşib. Ermənistan Azərbaycan ordusunun su hövzəsinə tam nəzarəti ələ keçirməyə çalışdığını bildirir. Azərbaycanlı hərbçilərin Qızılcıq kəndi istiqamətində 3 km irəlilədiyi qeyd olunur. Azərbaycan Xarici İşlər Nazirliyi son bəyanatında Ermənistanın demarkasiya prosesinə mane olduğunu vurğulayıb.

Zəngəzurdan görüntü (Gorus) Zəngəzurdan görüntü (Gorus)

Verişen kəndi Çar Rusiyası dövründə Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasının ərazisinə daxil olub. Düşmən millətçilər Cümhuriyyət dövründə burada bir neçə dəfə təxribat törədib. Sovet İttifaqı yaradılandan sonra kənd Ermənistana verilib. Verişeni Gorus rayonundan cəmi 2 km ayırır. Yaşayış məntəqəsində təxminən 2400 nəfərin məskunlaşdığı bildirilir.

Son xəbərlər
Bütün xəbərlər »