Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Narkoticarətlə məşğul olan şəxs saxlanılıb
Narkoticarətlə məşğul olan şəxs saxlanılıb

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxs ifşa olunaraq məsuliyyətə cəlb olunub.

Bizimyol.info xəbər verir ki, DİN-nin mətbuat xidmətindən verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Rövşən Hacıyev saxlanılaraq polis şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı ondan narkotik tərkibli vasitə olan heroin aşkar olunaraq götürülüb.

Qeyd olunan faktla bağlı Hacıqabul RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.

Son xəbərlər
Bütün xəbərlər »