Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mayın 15-nə olan hava proqnozu
Mayın 15-nə olan hava proqnozu

Mayın 15-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Sabah gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək.

Bizimyol.info xəbər verir ki, ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 14-19 isti, gündüz 24-29 isti, Bakıda gecə 17-19 isti, gündüz 27-29 dərəcə isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 , gündüz 40-45 faiz olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20 isti, gündüz 28-33 isti, dağlarda gecə 10-15 isti, gündüz 19-24 dərəcə isti olacaq.

Mayın 15-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Son xəbərlər
Bütün xəbərlər »