Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyan Putinə zəng edib
Nikol Paşinyan və Vladimir Putin

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, telefon danışığı mayın 13-də axşam saatlarında Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.

Telefon danışığı zamanı Dağlıq Qarabağ ətrafındakı vəziyyətin müzakirəsi davam etdirilib. Ermənistan-Azərbaycan sərhədindəki yaranmış son vəziyyət barədə fikir mübadiləsi zamanı Vladimir Putin Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının bütün müddəalarına, ilk növbədə, atəşkəs rejiminə ciddi riayət edilməsinə ciddi şəkildə əməl olunmasının vacibliyini vurğulayıb, Rusiya tərəfi regiondakı sabitliyin təmin edilməsi naminə fəal vasitəçilik səylərini davam etdirmək, İrəvan və Bakı ilə sıx təmasları davam etdirmək niyyətində olduğunu təsdiqləyib. Rusiya Prezidentinə minnətdarlığını bildirən Nikol Paşinyan ortaya çıxan bütün problemlərin müstəsna olaraq dinc, siyasi və diplomatik yollarla həll olunması üçün konstruktiv dialoq və əməkdaşlığın lehinə olduğunu ifadə edib.

Cənubi Qafqazda iqtisadi, nəqliyyat və logistika əlaqələrinin bərpası məsələlərinə də toxunulub, deyə Kremlin məlumatında vurğulanıb.

Paylaş »
››› Elman Rüstəmov Prezidenti də eşitmir...
››› Öngörücülərin xətası: Virus nə üçün mutasiya etmir...
››› Qeybə çəkilən aparatlar: Avtobusa minmək üçün pulumuzla rəzil oluruq...
››› "Ruslar Qarabağdan çıxacaq - Ərdoğan və Əliyev istəsələr, İrəvanı da ala bilərlər" - Satanovski
››› “Paşinyan Azərbaycanla sülh sazişi imzalayacaq” - Ermənistan mediası
››› Milyarder payızda bütün dünyanı ucuz internetlə təmin etməyə hazırlaşır
››› “Paşinyan Rusiya və "Qarabağ" klanına yaxın şəxsləri idarəetmədən uzaqlaşdıracaq”
Son xəbərlər
Bütün xəbərlər »