Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Arif Rəhimov beynəlxalq mediaya müsahibə verib
Arif Rəhimov beynəlxalq mediaya müsahibə verib

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov 4-6 iyun 2021-ci il tarixlərində Bakıda 5-ci dəfə keçiriləcək Formula 1 Azərbaycan Qran Prisinə sayılı günlərin qaldığı ərəfədə avtoidman dünyasının aparıcı media qurumlarına geniş məzmunda müsahibə verib.

Bizimyol.info xəbər verir ki, müsahibədə “Reuters” xəbər agentliyi və “ESPN” idman kanalı ilə yanaşı dünyanın bir sıra qabaqcıl avtoidman xəbər portallarından, o cümlədən “Motorsport”, “Autosport”, “Racer”, “Racefans”, “Autocar” və “Motorsport Weekly”-dən jurnalistlər iştirak ediblər.

Görüşün əvvəlində şirkətin rəhbəri A. Rəhimov yarışa hazırlıq işlərindən danışıb və həmçinin yarış çərçivəsində Covid-19 ilə bağlı görülən təhlükəsizlik tədbirləri barədə jurnalistləri ətraflı şəkildə məlumatlandırıb.

Daha sonra A. Rəhimov builki yarışın tamaşaçısız keçirilməsi, Formula 1 təqviminə daxil olan yeni yarışların Bakı yarışına mümkün təsirləri, Azərbaycan Qran Prisinin Formula 1 Dünya Çempionatına verdiyi töhfələr, bu ilin iyun ayında Avro-2020 çərçivəsində paytaxt Bakıda keçiriləcək futbol oyunlarının Formula 1 Azərbaycan Qran Prisinə təsirləri və digər aktual məsələlərə dair verilən sualları geniş şəkildə cavablandırıb.

A. Rəhimovun müsahibə zamanı səsləndirdiyi fikirlərdən bəzilərini burada diqqətinizə təqdim edirik:

“Ötən ilin dekabrında baş tutmuş Zəfər Paradını nəzərə almasaq, 2021 Formula 1 Azərbaycan Qran Prisi koronovirus pandemiyasının başladığı tarixdən sonra paytaxt Bakının ev sahibliyi etdiyi ilk irimiqyaslı tədbir olacaq”.

“Bakıda bu yay keçiriləcək Avro-2020 futbol oyunları Formula 1 Azərbaycan Qran Prisi ilə müqayisədə koronavirusla mübarizə çərçivəsində tamaşaçıların hərəkətinin səmərəli idarəolunması baxımından daha əlverişlidir. Düşünürəm ki, bu səbəbdən sözügedən oyunlarda tamaşaçıların iştirakı nəzərdə tutulur. Bizdə isə eyni yanaşmanın indiki halda tətbiqi praktiki cəhətdən mümkün deyil”.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »