Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mayın 14-nə olan hava proqnozu
hava

Mayın 14-də Bakı və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək.

Bizimyol.info xəbər verir ki, ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 12-16 isti, gündüz 23-28 isti,Bakıda gecə 14-16 isti, gündüz 26-28 dərəcə isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80, gündüz 45-20 faiz olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-17 isti, gündüz 27-32 isti, dağlarda gecə 6-11 isti, gündüz 17-22 dərəcə isti olacaq.

Mayın 14-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Paylaş »
››› Rusiyanın hava yolları xidməti Azərbaycanın vergi xidmətini məhkəməyə verib
››› Şənbə və bazar günləri üçün avtobusların iş qrafiki məlum oldu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ərdoğan Türkiyədən Liviyaya səfərlə bağlı təcili təlimat verib
››› Sabah avtobuslar işləyəcək
››› XİN: AİHM-in Ermənistanın 11 vətəndaşının dərhal sərbəst buraxılması tələbini rədd edən qərarını alqışlayırıq
››› Putin 56 nəfərə general rütbəsi verib
Son xəbərlər
Bütün xəbərlər »