Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hələ də 100 minlik qoşun sərhəddə hazır gözləyir...
Rus ordusu

Təxminən 100 minə yaxın hərbi qulluqçudan ibarət Rusiya qoşun qruplaşmaları hələ də Ukrayna sərhədləri yaxınlığında, o cümlədən Krımda hazır gözləyir.

Virtualaz.org xəbər verir ki, bu haqda Ukrayna Təhlükəsizlik Şurasının rəhbəri İvan Bakanov “Ukrayna 30” ümumukrayna forumunda çıxışı zamanı deyib.

Bakanovun sözlərinə görə, habelə Rusiya ərazisindən xüsusi xidmət orqanlarının 7 minə qədər əməkdaşı daimi əsasda Ukraynaya qarşı kəşfiyyat-diversiya fəaliyyəti ilə məşğuldur. “Bu günkü Rusiya mahiyyətcə dövlət-xüsusi xidmət orqanıdır. Və Rusiyanın xarici siyasətinin istənilən istiqaməti klassik diplomatiyadan deyil, xüsusi əməliyyatların kompleksindən ibarətdir”,-Ukrayna Təhlükəsizlik Şurasının sədri deyib.

Onun sözlərinə görə, Rusiyanın apardığı diversiya fəaliyyətinin məqsədi təkcə Donbassdakı separatçı rejimləri müdafiə etməyə yönəlməyib, eləcə də Ukrayna dövlətinin əsaslarını sarsıtmağa və milli təhlükəsizliyin möhkəmləndirilməsinə sistemli maneələr yaratmağa hesablanıb. Bundan ötrü agentura şəbəkəsi yaradılır, beynəlxalq yardım haqda razılaşmalar pozulur, etiraz aksiyaları formasında təxribatlar törədilir və fəal təbliğat aparılır.

Bakanov deyib ki, Rusiya xüsusi xidmət orqanları ələ alma metodlarını dəyişiblər. İndi onlar təkcə məmurları deyil, Ukrayna vətəndaşlarının daha geniş çərçivəsini əməkdaşlığa cəlb etməyə çalışırlar. İvan Bakanov bildirib ki, Ukrayna Təhlükəsizlik Xidməti Rusiya təcavüzü ilə üzücü mübarizəyə hazırdır. “Bizim qarşımızda yeni çağırışlar var. Lakin Ukrayna Təhlükəsizlik Xidməti buna hazırdır. Çünki biz artıq 7 ildir ki, bu hibrid müharibədə Rusiya ilə mübarizə aparırırq”,-o deyib.

Xatırladaq ki, mart və aprel aylarında Rusiya Ukrayna sərhədlərinə 120 minlik qoşun qruplaşması, minlərlə texnika, yüzlərlə təyyarə və vertolyot cəmləşdirib. Rusiyada bunu Ukrayna ordusunun Donbass üzərinə irimiqyaslı hücum planlaşdırması ilə əsaslandırırdılar. Bu qarşıdurmada ABŞ və Avropa ölkələri Ukraynaya dəstək ifadə ediblər, lakin vəziyyət dramatik ölçülərdə gərginləşəndə ABŞ prezidenti Cozef Bayden Rusiya prezidenti Vladimir Putinə zəng vurub, Ukrayna ətrafında gərginliyin azaldılması barədə anlaşma əldə edilib. Ardınca Rusiya öz qoşunlarını geri çəkməyə başladığını elan edib. Lakin bu günlərdə Pentaqon və ABŞ kəşfiyyatı bildirmişdi ki, Rusiya qüvvələrin ancaq bir qismini geri çəkib. Və Ukrayna sərhədlərində hələ də böyük sayda qüvvə hazır vəziyyətdə gözləməkdədir.

Paylaş »
››› COVİD pasportu ilə bağlı anlaşılmazlıq: Xəstəliyi evdə keçirənlər bunu necə sübut etsin...
››› İki adam üçün bir gecəsi 199 manat... – Azərbaycanda turizm tragikomediyası
››› "İş adamından o qədər rüşvət alırlar ki..." - Deputat
››› Şəhid atası: "Deputat söz verib, amma..." - Fotolar
››› “Yaxşı övlad idi, arzuları çox idi balamın - sevdiyi qız da vardı” - Video
››› "Turan qapısı"nın açılmasını hansı ölkələr dəstəkləyir...
››› Çinin Azərbaycana gəlişindən kim udar, kim uduzar...
Son xəbərlər
Bütün xəbərlər »