Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ombudsman minalanmış ərazilərlə bağlı BMT-nin Ali Komissarına müraciət etdi
Səbinə Əliyeva

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Baçeletə məktubla müraciət edib.

Ombudsman Aparatından "Report"a verilən məlumata görə, Səbinə Əliyeva məktubda Azərbaycanın işğaldan azad edilmiş Kəlbəcər rayonu və digər ərazilərində Ermənistan ordusu tərəfindən işğal dövründə basdırılmış minaların insanların həyat və sağlamlığına ciddi təhlükə yaratması ilə bağlı narahatlığını bildirib. Həmin ərazilərdə pərakəndə şəkildə yüz minlərlə mina basdırıldığı və cavabdeh ölkə Ermənistanın minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsinin regionda vəziyyəti gərginləşdirdiyi, sülhə və birgəyaşayışa təhlükə yaratdığı nəzərə çatdırılıb.

Qeyd olunub ki, Ombudsman mövcud vəziyyətlə bağlı dəfələrlə beynəlxalq insan hüquqları təşkilatları qarşısında məsələ qaldırıb. 1949-cu il tarixli Cenevrə Konvensiyalarının tələblərinin kobud şəkildə pozulduğunu qeyd edən S.Əliyeva Ermənistan siyasi rəhbərliyinin beynəlxalq hüquq qarşısındakı öhdəliklərini dərk etməli və insan hüquqlarına hörmətlə yanaşmalı olduğunu vurğulayıb.

Sonda Ombudsman bir daha dərin narahatlığını Komissarın diqqətinə çatdıraraq, minalanmış ərazilərin xəritəsinin verilməsində əməkdaşlıq etməsi üçün Ermənistan tərəfinə çağırış olunmasını xahiş edib.

Paylaş »
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Tovuza növbəti hücumun pərdəarxası: Rusiya Koçaryanı Qarabağda “prezident” etmək istəyir
››› Milyarder payızda bütün dünyanı ucuz internetlə təmin etməyə hazırlaşır
››› Ermənistanın hücum cəhdi: Rusiya yeni münaqişə ocağı yaratmaq istəyir
››› Anar Məmmədova polis general-mayoru rütbəsi verilib
››› Azərbaycanlı prodüser iş yerində ölüb
››› PKK-nı bitirmək planı: "Azərbaycan Türkiyəyə dəstək verəcək"
Son xəbərlər
Bütün xəbərlər »