Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hansı bizə daha yaxındır: Fələstin, yoxsa İsrail...
Hansı bizə daha yaxındır: Fələstin, yoxsa İsrail...

Bir neçə gündür İsrail ile Fələstin arasında yaranan münaqişə səbəbindən sosial şəbəkələrdə Azərəbyacan vətəndaşları arasında qızğın mübahisələr gedir

Bir qrup insanlar Fələstinin tərəfini saxlayır, bir qrup insanlar İsrailin tərəfini saxlayır və muzakirələr bir-birlərini təhqir etməklə sonlanır.

Mənə maraqlıdır, Azərbaycanın 44 günlük haqq savaşında Fələstin və digər ərəb ölkələrinin vətəndaşları sosial şəbəkələrdə bu savaşa görə belə muzakirələr apardılar? Gəncəyə, Bərdəyə və digər şəhərlərimizə düşmənin atdığı raketlər səbibindən həlak olan günahsız dinc sakinlərimizə görə fələstinlilər narahatlıq keçirdilər? Buna görə vətəndaşlar arasında fikir ayrılığı oldumu? Bir qrup insanlar dedilərmi Azərbaycanlılar müsəlmandır, onlara dəstək verək və bu fikir ayrılığı səbəbindən bir-birlərini təhqir etdilərmi?

Təbii ki, xeyr! İnanın mənə, hec veclərinə olmadı, amma müharibə dövründə əvvəldən sona qədər hər sahədə Türkiyə, Pakistan və İsrai öz dəstəklərini Azərbaycandan əsirgəmədilər. Buradan sosial şəbəkələrdə başqa dövlətlərin aralarında yaranan münaqişələrə görə muzakirələr aparıb bir-birlərini təhqir edən vətəndaşlarımıza səslənirəm: Siz nə NATO deyilsiniz, nə BMT... Nə də hansısa dövlətin məsələsini həllə edə biləcək gücə sahib deyilsiniz. Sizin sözünüzü eşidən yoxdur. Əminəm ki, bəzilərinizin banklara borcunuz var, bəziləriniz heç iş tapmırsınız işləməyə. Bekarçılıqdan bilmirsiniz nə edəsiniz. Öz balaca probləmlərinizi həll edə bilməyib, onları kənara atıb başqa dövlətlərin böyük probləmlərini həll ətməyə çalışırsınız. Yalandan bir-birinizlə mübahisə edib bir-birinizi təhqir etməyin! Belə məsələlər siayasətçilər, böyük adamların işidir. Siz gedin öz problemlərinizi həll edin.

Tural Qoca Tural Qoca

Tural Qoca

Son xəbərlər
Bütün xəbərlər »