Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə “Sinovac” vaksininin istehsalı gözlənilir
Türkiyədə “Sinovac” vaksininin istehsalı gözlənilir

Çinin “Sinovac” vaksininin Türkiyə daxil olmaqla beş ölkədə istehsalına icazə verilib.

Bizimyol.info xəbər verir ki, Türkiyə KİV-lərin verdiyi məlumata görə, bu barədə istehsalçı şirkət açıqlama yayıb.

Qeyd edək ki, Türkiyədə COVID-19 infeksiyasına qarşı kütləvi vaksinləşmə davam edir. Qrafik üzrə tətbiq olunan “Sinovac” vaksinin sayı 30 milyona yaxınlaşır.

Türkiyə hökuməti yaxın aylarda ölkə əhalisi sayının 3 misli qədər, yəni 240 milyon doza civarında vaksin tədarük etmək niyyətindədir. Bunun üçün fərqli şirkətlərə məxsus vaksinin əldə etmək, eləcə də yerli istehsala başlamaq istiqamətində mühüm addımlar atılır.

Son xəbərlər
Bütün xəbərlər »