Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin silahlarla bağlı göstəriş verdi
Putin silahlarla bağlı göstəriş verdi

Rusiyanın Tatarıstan Respublikasının rəhbərliyi paytaxt Kazanda məktəbdə atışma və partlayış zamanı 8 nəfərin öldürüldüyünü bildirir.

Respublika prezidenti Rüstəm Minnixanovun mətbuat xidməti bildirir ki, 175 saylı məktəbdə bir müəllim və 7 şagird öldürülüb. Daxili İşlər Nazirliyi 21 nəfərin xəsarət aldığını, onlardan 6-nın uşaqlar olduğunu və reanimasiyaya yerləşdirildiyini xəbər verir.

Hücumu həyata keçirməkdə şübhəli bilinən 19 yaşlı bir şəxs saxlanıb. Daha öncəki məlumatlarda hücumu azı 2 nəfərin həyata keçirdiyi vurğulanırdı.

Müəllimlərin və şagirdlərin AzadAvropa/AzadlıqRadiosu-na deməsinə görə, atışmadan qabaq binada güclü partlayış eşidiblər. Onlar daha sonra binadan qaçdıqlarını, bəzi tələbələrin üçüncü mərtəbədən özünü atdığını söyləyiblər.

Mediada şübhəlinin İlnaz Galyaviyev olduğu qeyd edilir.

Minnixanov hücumdan az sonra hadisə yerinə gedib. O, hücum zamanı istifadə olunan odlu silahın hücum edənin adına qeydiyyatda olduğunu deyib. Prezident ölümləri “respublikamız, ölkəmiz üçün böyük faciə” adlandırıb.

Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərə deyib ki, Prezident Vladimir Putin Rusiya Milli Qvardiyasının başçısı Viktor Zolotova xüsusi tapşırıq verib. “Mülki istifadə üçün nəzərdə tutulan silah növləri, vətəndaşların istifadəsində hansı silahların olması, bu atışmada istifadə olunan da daxil kiçik silahlarla bağlı yeni qaydalar” hazırlanacaq.

“Faktiki olaraq bəzən ov silahları da kiçik silahlar kimi qeydə alınır. Bəzi ölkələrdə isə onlar hücum silahları kimi istifadə olunur. Milli Qvardiya qaydaları tezliklə hazırlayacaq”, – Peskov vurğulayıb.

Son xəbərlər
Bütün xəbərlər »