Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda brendinq problemləri
Zaur Niftəliye

" Azərbaycan istehsalı olan məhsulların brendləşməsi və xarici brendlərlə bazar rəqabətliliyinin artırılması qeyri-neft sektorunda ÜDM-in artmasına, ölkə daxilində maddi rifahın və sərvətin artmasına birbaşa təsir göstərən amillərdəndir".

Bu fikirləri Spektr Araşdırma və İnkişaf Mərkəzinin sədr müavini Zaur Niftəliyev Bizimyol.info-ya açıqlaması zamanı bildirib.

"Azərbaycan bazarı bu günkü gün Satış konsepsiyasından Marketinq konsepsiyasına keçid dövrünü yaşayır. Yəni hələ də bir çox müəssisələrdə hədəflərinə Marketinlə deyil satış gücünə yetişir. Marketinq isə daha çox “Trade Marketing” kimi fəaliyyət göstərir. “Branding” 2-ci dərəcəli Marketinq metodu kimi istifadə edilir. Yəni bir çox müəssiələr “Trading”ə daha çox vəsait xərcləmiş olur, nəinki “Branding”ə.

Azərbaycanda müştəri məmnuniyyətini əsas tutaraq birbaşa fəaliyyətə başlayan və uğur əldə edən marka və müəssisələr mövcuddur. Ancaq gözləntiləri doğrultmayan markalar daha çoxdur. İlk olaraq onu qeyd edək ki, ölkəmizdə məhdud resurslardan yeni alternativ mal istehsalı nəzərə çarpmır. Digər ölkələrdə mövcud alternativ məhsulların Azərbaycanda da istehsalına üstünlük verilir. Yeni növ məhsul üzərində düşünülmür.

Məsələn, hazırda qoz qabıqları üyüdülərək paketlənir və satışa çıxarılır. Bəs bu kimi məhsulların ehtiyyatı ölkəmizdə kifayət qədər olduğu halda niyə istehsal olunub daxili ehtiyaclar qarşılanmır və eksport inkişaf etdirilmir?

Çünki bu ənənə Azərbaycanda mövcud deyil. Yeni qurulan kapitalist cəmiyyət olduğumuz üçün xarici təcrübələrə əsaslanırıq. Yeni icad, yeni ideyalar, yeni baxış, yeni ehtiyaclar, müştərilərin və son istehlakçıların əslində nə istədiyi haqqında düşünülmür.

Bu tip institutların və QHT-lərin Azərbaycanda yaranmasına çox böyük ehtiyac vardır. İdeya verildikdən sonra belə bu malın harada, necə və kimlərə satılması müəyyən olunmalıdır. Həmin məhsulun düzgün istifadəsi, nədə və ya harada istifadəsi üçün materiallar hazırlanmalı və məhsula tələb yaradılmalıdır. Tələb yaranması üçün məhsulun ənənəsi, sadə dildə desək “Trend”i yaradılmalıdır. Bütün bunlardan sonra artıq brendləşmə həyata keçirilməlidir. Düzgün şüarlar seçməli və həmin şüarlara sadiq qalmalıdırlar'.

Zaur Niftəliyevin sözlərinə görə, şüarın düzgün seçilməsi çox önəmlidir.

"Məs.: Dünyaca məşhur “Walmart” şəbəkəsi “Save money. Live better.” ( “Puluna qənaət et. Daha yaxşı yaşa.”) şüarını özünə əsas götürüb. Hər bir halda seçdiyi bu lozunqa sadiq qalmağa çalışır və bacarır. Bazarda çox ciddi qiymət araşdırması edir və həmişə mallarını ən ucuz qiymətlərlə təklif edir.

Azərbaycanda ÜDM-in(Neft-qaz sektoru xaric) dəfələrlə artırılmasına kifayət qədər imkan vardır. Ekoloji çirklənmənin yuxarı həddə çatdığı bir vaxtda ekoloji təmiz malların istehsalı və inkişaf etdirilməsi üçün ölkəmiz ideal məkandır. Yetər ki, müştərilərin əslində nə istədiyini doğru-dürüst anlaya bilmək mümkün olsun.

2-ci halda brendləşməyə mənfi təsir göstərən amillərdən biri yenə Satıcı(Tədarükçü) və Alıcı(Şəbəkə marketlər) münasibətləridir. Bəzən Alıcılarda malların tanıdılmasına, sərgilənməsinə ticari(trade) marketinqə aid yüksək məbləğdə birdəfəlik və ya mütəmadi(endirim, hədiyyə və s.) vəsait xərclənir ki, artıq bir çox satıcılar “Branding” haqqında düşünmək istəmirlər. Bu da ən çox yerli istehsalçılara öz mənfi təsirini göstərir".

Leyla Mirzə

Paylaş »
››› Rusiyanın Qarabağ məsələsində təkbaşına nəzarətinə son qoyuldu
››› Paşinyanın ilk xəritəni təqdim etməsi nəyə hesablanıb: Ərdoğanın NATO-dakı çıxışından çəkindilər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Xəritədə göstərilməyən “sürpriz”lərlə qarşılaşma ehtimalı varmı…
››› Tikinti maqnatının kürəkəni “Range-Rover”lə 4 nəfəri öldürüb - Video
››› Suqovuşanın azad olunmasında iştirak edən qazinin problemi həll edilib
››› Umayra Tağıyeva qadınlara müraciət edib
Son xəbərlər
Bütün xəbərlər »