Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lavrovun Bakı səfəri: Nə verib, nə alacaq?
Ceyhun Bayramov - Lavrov

Rusiya XİN rəhbəri Lavrov Bakıdadır.Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun bu gün Bakıdakı Şəhidlər Xiyabanına gələrək ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin məzarlarını ziyarət etməsi və “Əbədi məşəl” abidəsinin önünə əklil qoyması ibrətamiz hadisədir. Çünki ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyünə həmişə əngəl törədən, təhdid yaradan güclərdən biri və birincisi Rusiya olub.

Üçtərəfli bəyanatın icra edilməsi Rusiya üçün olduqca vacibdir. Burada təkcə Zəngəzur koridorunun Moskava üçün olan əhəmiyyətindən getmir. Üçtərəfli bəyanat bütöv bir sənəddir. Sənədin bir bəndinin icra edilib, digər bəndinin "gələcəyə saxlanılması" məqsədəuyğun görünmür. Başqa sözlə, bəyanatın təlabatına uyğun olaraq, Rusiya qoşunları Azərbaycan ərazilərində yerləşdirilə, Zəngəzur dəhlizinin icrasının gələcəyə saxlanılması isə mümkün deyil; bəyanatın bir bəndi icra olunursa, digərləri də icra olunmalıdır. Əks təqdirdə, bəyanatın - Rusiya qoşunlarının Azərbaycan ərazilərindən olmasına şərait yaradan maddənin də - icrası dayandırıla bilər. Azərbaycan-Ermənistan münasibətlərindəki ziddiyyətlərin aradan qaldırılmasında bir məqam daim təkrarlanıb - "Əgər bir prinsip razılaşdırılmayıbsa, demək, heç nə razılaşdırılmayıb".

“Lavrov Yerevana 44 günlük əməliyyatların yekunları ilə bağlı imzalanmış üçtərəfli bəyanatın icra vəziyyətini yoxlamaq, daha dəqiqi, nəqliyyat dəhlizlərinin açılması istiqamətində görüləcək işləri sürətləndirmək məqsədilə gəlmişdi. Moskva Cənubi Qafqazda nəqliyyat xətlərinin tez bir zamanda bərpa olunması üçün Zəngəzur dəhlizinin açılmasını istəyir , çünki Rusiya Böyük İpək Yoluna qoşulması üçün sonuncu şansının əldən çıxmasını istəmir.

Moskva istəyir ki, “Böyük İpək Yolu”nun Cənubi Qafqazdan keçən hissəsini öz nəzarətində saxlamaq üçün marşrutun davamı Gürcüstandan deyil, Ermənistan ərazisindəki Zəngəzur dəhlizindən keçsin.

Bu yolla ilk növbədə Ermənistanı iqtisadi cəhətdən özündən asılı vəziyyətə salmağı, eyni zamanda Çin ilə Qərb arasındakı marşrutda açar dövlətə çevrilməyi planlaşdırır”. Bu fikirləri bizimyol.info-ya açıqlamasında siyasi şərhçi Vüsal Məmmədov səsləndirb.

Vüsal Məmmədov Vüsal Məmmədov

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov da bizimyol.info-ya verdiyi açıqlamda bildirib ki, Bakıya gəlməsi üçtərəfli bəyanatın icrası ilə birbaşa bağlıdır.

“Səfər zamanı ilk öncə bu üçtərəfli bəanatın icrası, Rusiya-Azərbaycan münasibətlərinin ümumi müzakirəsi, regional əməkdaşlıq çərçivəsində 6-lıq platformasında Azərbaycan, Gürcüstan, Ermənistan, İran, Türkiyə və Rusiya münasibətlərinin müzakirəsi də böyük önəm daşıyacaq”.

Lavrovun öz dilindən isə gəlişinin məramı belə açıqlanıb.

“Bu gün və sabah Xarici İşlər Nazirliyində aparılacaq danışıqlarda biz Dağlıq Qarabağda və onun ətrafında münaqişədən sonrakı vəziyyətin nizamlanması prosesləri barədə fikir mübadiləsi aparacağıq. Yeri gəlmişkən, bərpa işlərində, planlaşdırılmış proqramlarda bizim şirkətlərin iştirakını hərtərəfli təşviq etməyə hazır olacağıq. Əlbəttə, daha geniş regional məsələlər, Xəzərin hüquqi statusu barədə Konvensiyanı imzalamağa imkan vermiş qərarlar əsasında Xəzər problemləri barədə fikir mübadiləsi aparacağıq”.

Başqa sözlə Rusiya Qarabağda abadlıq işlərində öz şirkətlərini görmək istəməklə yanaşı, hələ də regionu Dağlıq Qarabağ adlandırmağa davam edir.

İlhamə Rəsulova

Paylaş »
››› Rusiya hökuməti Şuşa Bəyannaməsinə münasibət bildirib
››› Polis “Mehdi əz-Zaman”ı həbs etdi - Video
››› Travmatologiya xəstəxanasında Qarabağ qazisini döyüblər - Video
››› Ter-Petrosyan: “Əliyevlə dil tapmaq lazımdır”
››› “Baydenin Putinə çatmayan gücü media üzərində partladı” – Qərb mətbuatı
››› Sabiq nazir 11 il müddətinə azadlıqdan məhrum edilib
››› Türkiyənin yeni PUA-sı sınaqdan keçirildi - Video
Son xəbərlər
Bütün xəbərlər »