Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Axtarışda olan şəxs Ukraynada saxlanılaraq Azərbaycana ekstradisiya edilib
Baş Prokurorluq

Baş Prokurorluq tərəfindən milli qanunvericiliyin və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrin, o cümlədən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Minsk Konvensiyasının tələblərinə əsasən Ukrayna Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində Azərbaycan Respublikasının ərazisində cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü ekstradisiya edilməsi barədə sorğu edilmişdir.

Bizimyol.info xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Belə ki, Şamaxı rayon polis şöbəsinin istintaq bölməsinin icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Ömərzadə Zahid Xandadaş oğlunun – 2014-2015-ci illər ərzində ayrı-ayrı şəxsləri müxtəlif işlərə düzəltmək adı ilə onlardan xeyli miqdarda pul vəsaitini alaraq etibarlarından sui-istifadə edib aldatma yolu ilə dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Zahid Ömərzadə barəsində beynəlxalq axtarış elan edilmişdir.

Axtarışda olan şəxsin yerinin müəyyən edilməsi əsası ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Ukrayna Baş Prokurorluğuna etdiyi sorğu təmin edilməklə Zahid Ömərzadə 11.05.2021-ci il tarixdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya edilmişdir

Paylaş »
››› Putin: “Afərin sizə! Bizi uşaq kimi aldatdılar”
››› Koronavirusa qarşı 3-cü doza da vurula bilər
››› Maska istehsalı çoxaldı – Yeni dalğa gözlənilirmi…
››› Şuşa Bəyannaməsi Ermənistanı panikaya saldı
››› Abel Məhərrəmovun borc qalmaqalında yeni detallar: Öz qohumu imiş...
››› Ərdoğanın Şuşa səfərinin nəticəsi nə olacaq: “Biz fərqli şərtlərlə Qars müqaviləsi gözləyirik”
››› Qardaş qardaşa qonaq gəlir, Şuşa dağları al geyinib
Son xəbərlər
Bütün xəbərlər »