Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Andranikin qulağını kim kəsmişdi... - Adı az çəkilən Zəngəzur qəhrəmanı
Andranikin qulağını kim kəsmişdi... - Adı az çəkilən Zəngəzur qəhrəmanı

Ermənistanda tarixi qəhrəman kimi daha çox iki nəfərin adı çəkilir. Bəlkə də, orada məhz türklərə, azərbaycanlılara qarşı amansızlığına görə Qaregin Njdeyə, Andranik Ozanyana hörmət edirlər. Ozanyan tarixdə həm də “tayqulaq Andranik” kimi qalıb. Erməni quldurun qulağını kimin kəsməsi isə həmişə müzakirə mövzusu olub.

Bizimyol.info xəbər verir ki, Andranik Ozanyan 1865-ci ildə Osmanlı İmperiyasında, Sivas şəhərində doğulub. Erməni İnqilabi Federasiyası – “Daşnaksutyun” yaranandan təşkilatın üzvü olub. Osmanlı ordusuna qarşı çox vuruşub, türklərə xəyanətinə görə tezliklə imperiyadan qaçmaq məcburiyyətində qalıb. Türk ordusuna qarşı vuruşmaq imkanını Birinci Dünya Müharibəsində də əldən verməyib. Rusiya ordusunda erməni hərbi dəstələrini yaradıb. Öldürdüyü türklərə görə çoxlu orden, medal alıb.

Andranik Ozanyan Andranik Ozanyan

Çar Rusiyasının süqutundan sonra Ozanyan Naxçıvanda quldurluğunu davam etdirib. Amma 1918-ci ilin iyulunda türk ordusunun buralara gəlib çıxmasından sonra Andranik Zəngəzura üz tutmalı olub. Azərbaycanın tarixi mahalında böyük qırğınların əsas səbəbkarı kimi məhz Ozanyanın adını çəkmək mümkündür. Onun başçılıq etdiyi quldur dəstəsi Zəngəzurda minlərlə azərbaycanlı kəndlinin həyatına son qoyub. Bəzi kəndlər tamamilə dağıdılıb, bir daha bərpa olunmayıb. Andranikin dəstəsi təkcə Naxçıvan qəzasının Yaycı kəndində 2500 sakini qətlə yetirib, meyitləri Araz çayına atmışdı. Quldurların ümumilikdə 115 kəndi dağıtdığı, 10 mindən çox azərbaycanlını öldürdüyü bildirilir.

Bəs Andranikin qulağını kim kəsmişdi? Bununla bağlı bir neçə versiya var. Osmanlı İmperiyasına xəyanətə görə türk zabitlərdən birinin Ozanyanın qulağını kəsdiyi çox yazılıb. Hətta Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün etdiyini yazanlar da olub. Amma ən ağlabatan versiya başqadır. Məlumdur ki, Ozanyanın quldurlarına ən böyük zərbəni 1918-ci ildə Zabux dərəsində Sultan bəy Sultanovun başçısılıq etdiyi dəstə vurub. Azərbaycanın Zəngəzur qəzasından olan igid oğlunun ağıllı taktikası sayəsində Qaragöl ətrafında 600 erməni quldur əsir alınmışdı. Həmin əməliyyat zamanı xeyli kənd ermənilərdən təmizlənmişdi. Sultan bəyin elə həmin döyüşlərdən birində əlinə keçən Andranikin qulağını kəsdiyi ehtimal olunur. İnanmağa dəyər. Çünki məhz bu məğlubiyyətdən sonra Ozanyanın dəstəsi dağılmağa başlamışdı. 1919-cu ilin aprelində Andranikin qruplaşmasından əsər-əlamət qalmamışdı. Əvvəlcə Fransaya, sonra isə ABŞ-a qaçan Ozanyan 1927-ci ildə okeanın o tayında Fresno şəhərində ölüb.

Sultan bəy Sultanov haqqında az danışılır. Halbuki Azərbaycanın qəhrəman oğlunun xatirəsi əbədi yaşamalıdır. Sultan bəy Azərbaycan Cümhuriyyətinin hərbi naziri Xosrov bəy Sultanovun qardaşıdır. Atası Əlipaşa bəy Sultanov 1905—1906-cı illərdəki erməni-müsəlman davalarında böyük şücaət göstərib. Zəngəzurda bir çox kəndləri ermənilərdən məhz Əlipaşa bəyin başçılıq etdiyi dəstə təmizləmişdi.

Sultan bəy Sultanov 1871-ci ildə Zəngəzur qəzasında, indiki Laçın rayonunun Kürdhacı kəndində doğulub. Maldarlıqla, meşəçiliklə məşğul olub. Amma ermənilərin azərbaycanlıların başına gətirdiyi oyunlara biganə qala bilməyib, əlinə silah götürüb. Cümhuriyyətin suqutina qədər Azərbaycana xidmət edib, sonra qaçaq həyatı başlayıb. 1923-cü ildə Xosrov bəylə Türkiyəyə keçib. Sultan bəy 1942-ci ildə Qars vilayətinin Köçkoy kəndində vəfat edib.

Son xəbərlər
Bütün xəbərlər »