Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan XİN başçısı: Ermənistan sülh prosesini pozur
Ceyhun Bayramov

“Azərbaycan əldə edilmiş razılaşmalar çərçivəsində öz öhdəliklərinə ciddi şəkildə əməl edir və onları yerinə yetirir. Ölkə çox sayda birtərəfli addımlar atıb, xüsusən də humanitar yüklərin Azərbaycan ərazisindən keçməsinə icazə verib. Azərbaycan hərbçilərinin iştirakı ilə cəsəd və qalıqların axtarışı təşkil edilib və təxminən 2 600 cəsəd Ermənistan tərəfinə təhvil verilib”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

“Rusiyanın rolunu və fəaliyyətini, eləcə də Rusiya-Türkiyə monitorinq mərkəzinin birgə fəaliyyətini yüksək qiymətləndiririk”, - o deyib.

Eyni zamanda, Azərbaycan xarici işlər naziri Ermənistan tərəfinin sülh prosesini pozmağa davam etdiyini vurğulayıb: “Onların mövqeyi bölgədəki vəziyyətin normallaşmasına xidmət etmir. 2020-ci ilin sonunda Ermənistan hərbçilərinin Azərbaycan ərazisinə soxularaq hərbçiləri və mülki şəxsləri öldürməsi əldə olunmuş razılaşmaların kobud şəkildə pozulması faktıdır. Ermənistan Azərbaycan ərazilərində müharibə cinayətlərini davam etdirir”.

C.Bayramov xatırladıb ki, erməni tərəfi hələ də minalanmış ərazilərin xəritələrini təqdim etmir və eyni zamanda birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 min azərbaycanlı barədə məlumat verməkdən imtina edir.

Paylaş »
››› Koronavirusa qarşı 3-cü doza da vurula bilər
››› Putin: “Afərin sizə! Bizi uşaq kimi aldatdılar”
››› Maska istehsalı çoxaldı – Yeni dalğa gözlənilirmi…
››› Şuşa Bəyannaməsi Ermənistanı panikaya saldı
››› Abel Məhərrəmovun borc qalmaqalında yeni detallar: Öz qohumu imiş...
››› Ərdoğanın Şuşa səfərinin nəticəsi nə olacaq: “Biz fərqli şərtlərlə Qars müqaviləsi gözləyirik”
››› Qardaş qardaşa qonaq gəlir, Şuşa dağları al geyinib
Son xəbərlər
Bütün xəbərlər »