Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kazanda 11 nəfəri öldürən gənc: "İstədim hamı Tanrı olduğumu bilsin"
Kazanda 11 nəfəri öldürən gənc: "İstədim hamı Tanrı olduğumu bilsin"

Xəbər verdiyimiz kimi, Kazanda 175 saylı məktəbdə ağır cinayət hadisəsi baş verib.

19 yaşlı gənc məktəbə odlu silahla daxil olaraq atəş açmağa başlayıb. İnsident nəticəsində 11 nəfərin öldüyü bildirilir. Ölənlərdən biri müəllim, qalanı şagirdlərdir. 16 nəfər yaralı xəsətəxanaya çatdırılıb. Polislərin cinayətkar gənci saxladığı bildirilir.

Polislərə cinayəti törətmə səbəbi barədə danışan gənc bildirib ki, o hamıya nifrət edir və hər kəs onun Tanrı olduğunu bilsin deyə belə bir əmələ əl atıb. Gənc qətliamı təkbaşına törətdiyini söyləyib. Həmçinin internetə yerləşdirilmiş materialllar əsasında bomba düzəltməyi öyrəndiyini də söyləyib.

Qeyd edək ki, bu gün Kazanda orta məktəbə iki nəfərin hücum etdyi bildirilib. 19 yaşlı İlnaz.Q polislər tərəfindən saxlanılıb, digər hücumçu məhv edilib. Daha sonra gəncləri bu cinayətə təşviq etmiş 41 yaşlı Ramil. M saxlanılıb.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »