Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsraildə sivilizasiyalar toqquşur – Tanrının şəhərində şeytan əli
Əl-Əqsa məscidi, Qüds, İsrail

Əl-Əqsa məscidində yaşanan gərginlik şiddətli toqquşmalara çevrilib Qəzzadakı özünümüdafiə qrupları İsrailə qarşı “Qüdsün qılıncı” adlı əməliyyatlara başladıqlarını elan ediblər. İsrailə məxsus zirehli texnika vurulub, hədəflərə raket zərbələri endirilib. Qəzzadan İsrailə atılan raket zərbələrinə Təl-Əviv cavab verib. İsrail qırıcılarının Qəzza zolağını bombalaması nəticəsində 24 insan həlak olub.

Qüdsün adı qədim Mesopotamiyanın mixi yazılarında "Tanrının şəhəri" anlamına gəldiyi düşünülən "Urusalima" olaraq göstərilir. Öz tarixi boyunca Qüds iki dəfə darmadağın edilib, 23 dəfə işğal edilib, 52 dəfə hücuma məruz qalıb, 44 dəfə ələ keçirilib və yenidən azad olunub. 1538-ci ildə darmadağın edilmiş şəhərin divarları Sultan Süleyman Qanuninin hökmranlığı altında yenidən hörülüb. Qüds hər üç səmavi din olan İslam, İudaizm və Xristianlıq üçün müqəddəs şəhər sayılır. Qüdsdə olan Əl-Əqsa məscidi müsəlmanların ilk qibləsidir və Qüds müsəlmanlar üçün Məkkə və Mədinədən sonra üçüncü müqəddəs şəhərdir.

Siyasi şərhçi Turab Rzayev bizimyol.info-ya verdiyi açıqlamada bildirib ki, İsraildə sivilizasiyaların toqquşması baş verir.

Turab Rzayev Turab Rzayev

“Qüds dinlərin, sivilizasiyaların ortaq beşiyi sayıla bilər. İsrail və Fələstin hər ikisi Qüds şəhərinin öz ölkələrinin paytaxtı olmasını iddia edirlər. İsrail Dövləti uzun müddətdir ki, bütün hökumət qurumlarını Qüdsdə saxlamasına baxmayaraq, fələstinlilər də şəhəri Fələstinin əsas nöqtəsi olaraq tanıyırlar. Lakin heç bir iddia beynəlxalq səviyyədə tanınmır. Bütün dinlər üçün müqəddəs abidələr bu şəhərdədir. Müqəddəs abidənin bir tərəfi məcsiddir, digər tərəfi yəhudilər üçün müqəddəs ağlama divarı. Eyni kilsə 7-8 yerə bölünüb. Və hər qapıdan bir sektanın nümayəndələri daxil olur. O cümlədən bir qapıdan da erməni katolikləri girməyi bacarıblar. Qüdsdə nisbi sakitlik Osmanlı İmperiyası dövründə olub.Ədalətli bölgünü təmin edə biliblər. Əl Əqsa məscidinə hücum kifayət qədər ciddi məsələdir. Əsas səbəb Əl- Əqsanın itilməsi qorxusudur. Son dövrlər İsrail dövlətinin atdığı addımları fələstinlilər qəbul etmirlər - Əl -Əqsanın altında qazıntı aparılması, yaxnıqdakı məhəllələrdən ərəblərin çıxıarılıb, yəhudilərin yerləşdirilməsi narazılıqlara səbəb olmuşdu. Müsəlmanlar Əl -Əqsanı itirəcəklərindən qorxaraq İsrail hərbiçilərinə, polisə hücumlar edirlər. Burda əsas problem sivilizasiyaların toqquşmasıdır. Eyni bina 3 dinin mərkəzidir. Yəhudilər deyirlər ki, burda Süleyman peyğəmbərin məbədi olub. Əl Əqsanı dağıdıb, yerində Süleyman peyğəmbərin məbədini qurmalıyıq.Bunu əlbəttə nə bütün müsəlm anlar,nə də fələstinlilər qəbul etmirlər. Amma söhbət təkcə müsəlman yəhudi qarşıdurmasından getmir. Fələstin Azadlıq Təşkilatının İsrailə qarşı mübarizəsində istifadə etdiyi insanlar PKK kommunist düşərgələrindən yetişdirilib İsrailə göndərilirdi, həmin döyüşçülərin böyük hissəsi sosialist, kommunist qüvvələr tərəfindən dəstəklənirdi və bu gün də dəstəklənir.Eyni zamanda xritianlardan dəstək alıblar. Bu gün xristian ərəblər də fələstinlilərin yəhudilərə qarşı mübarizəsini dəstəkləyirlər.Katolik xristianlar da İsrailin Qüdsə tamamilə sahiblənməsinə qarşıdırlar və Qüds onlar üçün də müqəddəs məkan olduğuna görə fələstinliləri dəstəkləyirlər.Tramp dövründən fərqli olaraq indi ABŞ-da İsraili dəstəkləmir və açıq şəkildə qınadı. Fransa fələstinə dəstəyini ifadə etdi.Görünən odur ki, İsraili çətin bir dövr gözləyir.

Hesab edirəm ki, hadisələrin belə cərəyan eləməsinə İsrailin özündəki “daxili dinamitlər” də səbəb ola bilərlər. Belə ki, Netenyahu seçki prosesində qalib olsa da, o baş nazir ola bilmək üçün partiyaların səs çoxluğunu ala bilməyib və bir müddət öncə ərəblərə ittifaq üçün xəbər göndərmişdi. Bu xəbərin ardınca israillilər və ərəblər arasında yaranmış qalmaqalda maraqlı olan qüvvələri də istisna etmək olmaz.Yəhudilərin özləri də Netenyahunun əleyhinə və lehinə olan iki cəbhəyə bölünüb.

Biz bölgədə islam, xristinalıq vəyəhudiliyin mübarizəsini, sosialist- kommunist dünya ilə xristian ərəblərin mövqeyini və İranın təsirini görürük.ABŞ və İsrail dövlətinin özünün də maraqları var. Son 2 ildə ölkədə 4 dəfə seçki keçirilib. Sabitlik olmadığı müddətcə bu münaqişə qızışacaq. Fələstin tərəfdən sosialist kommunist ərəblərin bu mübarizəyə qatı şəkildə hazırlanması onu deməyə əsas verir ki, yaxın dönəmdə bölgdə sülhün bərqərar olma ehtimalı çox aşağıdr”.

İlhamə Rəsulova

Paylaş »
››› Rusiyanın hava yolları xidməti Azərbaycanın vergi xidmətini məhkəməyə verib
››› Sosial yardım alan ailənin bank hesabından 500 min avro çıxdı
››› Azərbaycanlını qətlə yetirən rus polis evində qorunur
››› Şənbə və bazar günləri üçün avtobusların iş qrafiki məlum oldu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ərdoğan Türkiyədən Liviyaya səfərlə bağlı təcili təlimat verib
››› Sabah avtobuslar işləyəcək
Son xəbərlər
Bütün xəbərlər »