Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya bu dəfə neft bazarında aranı qarışdırdı - Qiymətlər oynamağa başlayıb
Rusiya bu dəfə neft bazarında aranı qarışdırdı - Qiymətlər oynamağa başlayıb

OPEK və onun bəzi müttəfiqləri hasilat kvotasını aşıb və bu məsələ indi dünya gündəmini zəbt etməkdədir. Həmişəki kimi harada qarışıqlıq varsa, orada Rusiya var...

Hasilat kvotasını pozan ölkələr əsasən Rusiya və İraqdır. Cənubi Sudan və Qazaxıstan da OPEK-in qoyduğu qaydalara əməl etməyən ölkələr siyahısıbda öndə gedənlərdəndirlər. Xatırladaq ki, neft hasilatına qoyulmuş kvotalar dünya bazarında neftin qiymətini tənzimləmək və nisbətən yüksəltmək üçün qoyulmuşdu. Adı çəkilən ölkələrin qaydaları pozması isə proqnozları alt-üst edir.

İqtisadçı Eldəniz Əmirov bizimyol.info-ya verdiyi açıqlamada bildirib ki, martın-4-də OPEK ölkələrinin toplantısında Rusiya və Qazaxıstan inadla onlar üçün qoyulan kvotanın artırılmasını tələb etdilər və buna nail oldular. Hasilatın Rusiya üçün gündəlik 130 min, Qazaxıstan üçün 20 min barel artırılmasına icazə verildi. Və Rusiya bunu etdisə, ardı gəlməliydi, gözlənilən idi. Bu həcm kifayət qədər böyükdür.

Eldəniz Əmirov Eldəniz Əmirov

"Aperlein 1-də OPEK-in 16-cı toplantıda Azərbaycana 3 ay ərzində cəmi 25 min barel artıma izazə verildiyi halda, Rusiya birbaşa gündəlik 877 min barrel istehsal etməyə başladı. Adı çəkilən ölkələr neft ehtiyatlarının həcminə görə Azərbaycandan dəfələrlə böyük ölkələrdir. Rusiya ABŞ, NATO qarşısında çəkinmirsə, OPEK qarşısında ümumiyyətlə, çəkinməyəcək. Aclıq qorxuya üstün gələn ən güclü instinktdır. Dövlətlərin bu instinkti isə maliyyə aclığı formasında təzahür edir. Bu aclığı yaşayan Rusiya OPEK kimi biçarə təşkilatın qaydalarına əməl edərmi? Əlbəttə etməz. Ələlxsus da bu meşə qanunlarına uyğun hərəkət edən dövlətdirsə. Əslində hələ 2 ay əvvəl Rusiyanın bunu edəcəyini proqnoz etmişdim. Təsəvvür edin, Azərbaycana qarşıdakı 3 ay ərzində cəmi 25 min barel hasilatı artırmağa razılıq verildiyi halda Rusiya bir gündə 877 min barel kvotanı aşıb.

OPEK-in Rusiya kimi dövlətlərə ehtiyac var. Rusiya bunu bilir. İyulun 1-də OPEK-in 17-ci iclasında bu məsələlər yenə müzakirə olunacaq. Amma sabitləşməyə ümid etmirəm. Neft qiymətlərində dalğalanmalar yenə müşahidə olunacaq".

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »