Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BMT-nin Baş katibi peyvəndlərin milliləşdirilməsini böyük səhv adlandırıb
Antoniu Quterreş

Bəzi ölkələrin hələ də koronavirus peyvəndinin bir dozasını qəbul etmədiyi bir vaxtda, zəngin ölkələr aktiv şəkildə öz əhalisini vaksinasiya edir.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu BMT-nin Baş katibi Antonio Quterreş Moskvaya səfəri öncəsi Rusiya mediasına müsahibəsində deyib.

O bildirib ki, hazırkı dövrdə vaksin millətçiliyinin aparılması böyük səhvdir: “Mən hazırkı vəziyyətlə bağlı çox narahatam. Bəzi ölkələr sürətli şəkildə əhalinin vaksinasiyasını həyata keçirirlər, bəziləri isə vaksinin bir dozasını belə qəbul etməyib. Vaksin millətçiliyi böyük səhvdir”.

A.Quterreş qeyd edib ki, vaksinlərin inkişaf etməkdə olan ölkələrə paylanması məqsədi daşıyan COVAX təşəbbüsünün 22 milyard dollar həcmində maliyyə çatışmazlığı var.

O vurğulayıb ki, platforma əlavə olaraq bəzi ölkələrin koronavirus vaksininin ixracına tətbiq etdiyi məhdudiyyətlər səbəbi ilə tədarük problemləri ilə üzləşib. BMT Baş katibi qlobal tələbatı ödəmək üçün koronavirus vaksini istehsalçılarını istehsalı iki dəfə artırmağa və bu məqsədlə birgə fəaliyyət göstərməyə çağırıb.

Paylaş »
››› Ağdamın mina xəritəsinin yanlış çıxması ilə bağlı məlumata aydınlıq gətirilib
››› Cavuşoğlu: “Şuşada Azərbaycanla bərabər Türkiyə bayrağı da dalğalanacaq”
››› Gənc müəllim özünü asaraq öldürüb
››› Ukraynada separatçılar tankları təmas xəttinə yığır
››› Bu gün Ermənistanda seçki keçirlir: Məğlub ölkə yeni böhran qarşısında...
››› Prezidentin təsdiqlədiyi qanunlarla sosial sığorta şəhadətnaməsi ləğv olunur
››› Kür çayında 29 yaşlı qadın batıb
Son xəbərlər
Bütün xəbərlər »