Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsrail raket atəşinə tutulub
raket

Qəzza sektorundan İsrail istiqamətinə 45-dən çox raket atılıb. TASS xəbər verir ki, bunu İsrail ordusunun nümayəndəsi bildirib. O qeyd edib ki, İsrail tərəfi hadisəni ciddi hücum kimi qiymətləndirir və bunu cavabsız qoymayacaq.

İsrail ordusunun məlumatına əsasən, raketlərdən biri Sderot şəhərində mülki avtomobilə dəyib. Hadisə nəticəsində bir vətəndaş xəsarət alıb. Digər bir raket isə “Dəmir günbəz” raket əleyhinə müdafiə sistemi tərəfindən zərərsizləşdirilib.

Fələstinin “Saut Al-Aqsa” radiostansiyasının məlumatına görə, artıq HƏMAS təşkilatı raket atəşinə görə məsuliyyəti öz üzərinə götürüb. “Palestina” peyk telekanalı isə bildirib ki, “İslam cihadı” qruplaşması İsrail istiqamətində atılan 30 raketə görə məsuliyyətin onlara aid olması barədə bəyanat yayıb.

Qeyd edək ki, bir müddət əvvəl HƏMAS-ın hərbi qanadının nümayəndəsi Əbu Übeyda bildirib ki, İsrail yerli vaxtla saat 18:00-dək hərbçilərini Şərqi Qüdsdəki Əl-Əqsa məscidi və Şeyx Cərrah məhəlləsindən geri çəkməlidir.

Son məlumatlara görə, artıq İsrail ordusu HƏMAS-ın mövqelərinə cavab zərbələri endirib.

“Alquds” qəzetinin məlumatına görə, İsrailin Qəzza sektoruna zərbələri nəticəsində üçü uşaq olmaqla, ən az doqquz nəfər ölüb, daha üç nəfər isə yaralanıb.(virtualaz.org)

Paylaş »
››› Rusiyanın Qarabağ məsələsində təkbaşına nəzarətinə son qoyuldu
››› Paşinyanın ilk xəritəni təqdim etməsi nəyə hesablanıb: Ərdoğanın NATO-dakı çıxışından çəkindilər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Xəritədə göstərilməyən “sürpriz”lərlə qarşılaşma ehtimalı varmı…
››› Tikinti maqnatının kürəkəni “Range-Rover”lə 4 nəfəri öldürüb - Video
››› Suqovuşanın azad olunmasında iştirak edən qazinin problemi həll edilib
››› Ərdoğan: “ABŞ-ın “erməni məsələsi”nə mövqe bildirməsi bizi çox təəssüflənidirir”
Son xəbərlər
Bütün xəbərlər »