Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qəzza zolağında gərginlik: İsrail HƏMAS-ın mövqelərinə cavab zərbələri endirir - Video
Qəzza zolağında gərginlik: İsrail HƏMAS-ın mövqelərinə cavab zərbələri endirir - Video

İsrail Qəzza zolağından raket atəşlərinə cavab olaraq Həmas qruplaşmasının mövqelərinə zərbə endirir.

APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat katibi Yonatan Konrisus məlumat verib.

Konrisus bildirib ki, axşam saat 6-dan bəri HƏMAS İsrailə qarşı açıq şəkildə hücum edir: “Bu, İsrailə qarşı çox ciddi bir hücum hesab edirik. “Dəmir Günbəz” raketdən müdafiə sistemi tərəfindən onlarla mərmi zərəsizləşdirilib”.

Mətbuat katibi əlavə edib ki, pilotsuz təyyarə ilə Qəzza zolağında üç “Həmas” zabiti vurulub.

Qeyd edək ki, bazar ertəsi Qüdsə və ölkənin cənubunda yerləşən Aşkelon, Sderot və Qəzza zolağına bitişik ərazilərə hava hücumları olub.

İsrailə edilən raket zərbələrinə görə məsuliyyəti “Həmasın”ın hərbi qanadı “Əl-Qəssam” Briqadası öz üzərinə götürüb.

Fələstin Səhiyyə Nazirliyi İsrailin Qəzzaya etdiyi hava hücumları nəticəsində üçü yeniyetmə olmaqla, 9 nəfərin öldüyünü bildirib.

Konrisus isəöz növbəsində, hərbçilərin bu məlumatları yoxladığını, hələ təsdiq və ya inkar edə bilməyəcəyini vurğulayıb.

Paylaş »
››› Bakıda cinsi azlıqların bayrağını əks etdirən oyuncaqlar yayılıb - Foto
››› İranın yeni prezidenti bəlli oldu - Foto
››› İki övladı olan şəhidin ailəsi Bakıda yeni ikiotaqlı mənzillə təmin edilib
››› “Gürcüstan və Ukrayna NATO-ya üzv ola bilər” – Qərb mətbuatı
››› Melikyan “Şuşa Bəyannaməsi” barədə: “Rusların Qarabağda uzun müddət qalması şübhəli görünür”
››› Rusiyada təyyarə qəzası: ölənlər və yaralılar var - Video
››› Qarabağ münaqişəsini kimlər yenidən başlatmaq istəyir?..
Son xəbərlər
Bütün xəbərlər »