Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropalılar qadağaların aradan qaldırılmasını bayram edir
Avropalılar qadağaların aradan qaldırılmasını bayram edir

Avropa yavaş-yavaş normal həyata qayıdır. Köhnə qitənin ölkələri bir-birinin ardınca karantindən imtina edir. Normallaşmaya meyl əksər ölkələrdə hiss olunur. Avropa yayın sonuna qədər normal həyata tam qayıtmağın tərəfdarıdır.

Bizimyol.info xəbər verir ki, avropalılar qadağaların aradan qaldırılmasını bayram etməyə başlayıb. Bəzi ölkələrdə karantindən tam imtina edilməsə də, yerli sakinlər normal həyata qayıtmağın şərəfinə badələr qaldırır.

Çexiyada qaydaları yumşaltmağa başlayıblar. Şagirdlər məktəblərə qayıdıb. Mayın 10-dan bütün ticarət mərkəzlərində iş başlayıb. Gözəllik salonları, bərbərxanalar, turizm agentlikləri açıqdır. Küçədə maskasız gəzmək olar. Yalnız dayanacaqlarda və növbə zamanı maska taxmaq tələb edilir. Yaxın günlərdə restoranlara və kafelərə də tam gücü ilə işləməyə imkan veriləcək.

Ətriyyat mağazalarından birinin sahibi deyir ki, bu günü səbirsizliklə gözləyirdilər: “Bizim xeyli daimi müştərilərimiz var. Onlar da mağazaların açılmasını çox gözləmişdilər”.

Çexiyada milyondan çox vətəndaş virus əleyhinə peyvənd olunub. Bu mənada İspaniyada da vəziyyət yaxşılaşıb. Ötən bazar yüzlərlə insan paytaxt Madrid küçələrində 6 aylıq təcridin ləğv olunmasını qeyd edib. Hökumət insanları məsuliyyətli olmağa çağırıb.

Belçikada komendant saatı ləğv olunub. Paytaxt Brüsselin mərkəzi meydanlarından birinə xeyli insan toplaşıb. Onlar əlamətdar hadisəni qeyd edərkən sosial məsafə qaydalarına məhəl qoymayıblar. Polis şadyanalığa son qoymaq qərarına gəlib. Ölkədə komendant saatının ləğvinin qeyd olunması normal qarşılansa da, polis daha dözümsüz təsir bağışlayıb.

Brüsseldə jurnalistlərlə söhbətləşən yerli sakinlər hökumətin sərt müdaxiləsini alqışlamadıqlarını deyiblər. Ümumi fikir belədir ki, insanlar normal həyata qayıtmalıdır, bu qədər qapanma ola bilməz.

İndiyə qədər dünyada 159 milyondan çox insanda koronavirus aşkarlanıb. Bunun 45.5 milyon nəfəri avropalıların payına düşür. Qitədə sutka ərzində 100 min nəfərə qədər yoluxan olur. Xüsusilə son günlərdə azalma müşahidə edilir. Avropada sutka ərzində virusdan ölənlərin sayı 1500 nəfərə qədər azalıb.

Son xəbərlər
Bütün xəbərlər »