Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Malayziya koronavirusa görə sərt məhdudiyyətlər tətbiq edir
Karantin koronavirus maska dezinfeksiya

Malayziya hökuməti koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınmasına nəzarəti gücləndirmək məqsədilə 12 may – 7 iyun tarixləri arasında sərt məhdudlaşdırıcı tədbirlər tətbiq edəcək.

“Report” xəbər verir ki, bu barədə Malayziyanın Baş naziri Muhiddin Yassin bu gün xalqa xüsusi müraciətində bildirib.

“The Star” qəzetinin onlayn versiyasında yazılana görə, fövqəladə hallar və yük, tədarük və təcili yardım maşınlarının hərəkəti istisna olmaqla, ölkənin vilayətləri arasında bütün hərəkətlər qadağandır.

Malayziyada Ramazan bayramı günü reallaşan digər vilayətlərdə yaşayan qohumları ziyarət etmək də bu il qadağan edilib.

Ölkənin bütün təhsil müəssisələri, xarici universitetlərə qəbul üçün beynəlxalq imtahanların orada keçirildiyi hallar istisna olmaqla, göstərilən dövrdə bağlı olacaq.

Qeyd edək ki, Malayziyada son günlərdə COVID-19-a yoluxma sayında gündəlik üç min və ya daha artım müşahidə edilirdi.

Paylaş »
››› Putin: “Afərin sizə! Bizi uşaq kimi aldatdılar”
››› Koronavirusa qarşı 3-cü doza da vurula bilər
››› Maska istehsalı çoxaldı – Yeni dalğa gözlənilirmi…
››› Şuşa Bəyannaməsi Ermənistanı panikaya saldı
››› Abel Məhərrəmovun borc qalmaqalında yeni detallar: Öz qohumu imiş...
››› Ərdoğanın Şuşa səfərinin nəticəsi nə olacaq: “Biz fərqli şərtlərlə Qars müqaviləsi gözləyirik”
››› Koçaryan: “Azərbaycanı qıcıqlandırmaq yox, danışıqlar üçün qapıları açıq saxlamaq lazımdır”
Son xəbərlər
Bütün xəbərlər »