Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qızıl buts” mükafatına namizədlərin siyahısı açıqlanıb
Champions League - Group G - FC Barcelona v Juventus

Avropa ölkələrin çempionatlarında ən çox qol vuran futbolçuya təqdim olunan “Qızıl buts” mükafatına namizədlərin siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, fərdi titulun sahibinin kimliyi böyük ölçüdə həllini tapıb.

Polşa millisinin futbolçusu Robert Levandovski mövsümün finişi ərəfəsində əlçatmaz görünür. “Bavariya”nın hücumçusu Almaniya Bundesliqasında artıq 39 top vurub. Onun aktivində 78 xal var.

Robertin iki ən yaxın izləyicisi əfsanəvi oyunçular Lionel Messi və Kriştiano Ronaldodur. Argentinalı “Barselona”nın heyətində İspaniya La Liqasında 28, portuqaliyalı “Yuventus”la A seriyasında 27 qola sevinib. Onların müvafiq olaraq 56 və 54 xalı var.

Həm İspaniya, həm İtaliya çempionatında sona üç tur qalıb. Levandovskiyə çatmaq üçün Messi və Ronaldo mümkünsüzü reallaşdırmalıdır. Messiyə 11, Ronaldoya 12 qol lazımdır ki, bu müddətdə polşalı 2 turda “susmalıdır”.

Paylaş »
››› Rusiyanın Qarabağ məsələsində təkbaşına nəzarətinə son qoyuldu
››› Paşinyanın ilk xəritəni təqdim etməsi nəyə hesablanıb: Ərdoğanın NATO-dakı çıxışından çəkindilər
››› Xəritədə göstərilməyən “sürpriz”lərlə qarşılaşma ehtimalı varmı…
››› Tikinti maqnatının kürəkəni “Range-Rover”lə 4 nəfəri öldürüb - Video
››› Umayra Tağıyeva qadınlara müraciət edib
››› Suqovuşanın azad olunmasında iştirak edən qazinin problemi həll edilib
››› Yayda şən istirahətin ən ucuz yolu: Turla səyahət - Fotolar
Son xəbərlər
Bütün xəbərlər »