Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Borrel: “Rusiya ilə münasibətlərdə dəyişiklik yoxdur”
Jozep Borrel

Brüsseldə keçiriləcək Avropa İttifaqı ölkələri xarici işlər nazirlərinin görüşünün gündəliyinə Rusiya ilə əlaqələr mövzu daxil edilib.

Bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrel bildirib. O, Rusiya ilə münasibətlərdə dəyişikliyin olmadığını əlavə edib: "Rusiyadakı vəziyyəti müzakirə edəcəyik, situasiyada dəyişiklik yoxdur”.

Xatırladaq ki, 30 aprel tarixində Rusiya Xarici İşlər Nazirliyi ölkəyə girişi qadağan olunan 8 Avropa İttifaqı vətəndaşının siyahısını yayımlayıb. Siyahıda Avropa parlamentinin rəhbəri David Sassoli və Avropa Komissiyasının Avropa dəyərləri və şəffaflıq üzrə vitse-prezidenti Vera Yurovanın da adları yer alıb. XİN bu addımın Aİ Şurası tərəfindən martda 6 Rusiya vətəndaşına qarşı tətbiq olunan məhdudlaşdırıcı tədbirlərə cavab olaraq atıldığını bəyan edib. Aİ qərarı qınayıb və əsassız adlandırıb.

Rusiya ilə Qərb ölkələri arasındakı münasibətlər Ukraynada və Krım ətrafındakı vəziyyətlə əlaqəli olaraq pisləşib.(Virtualaz.org)

Paylaş »
››› Bakıda cinsi azlıqların bayrağını əks etdirən oyuncaqlar yayılıb - Foto
››› İranın yeni prezidenti bəlli oldu - Foto
››› İki övladı olan şəhidin ailəsi Bakıda yeni ikiotaqlı mənzillə təmin edilib
››› “Gürcüstan və Ukrayna NATO-ya üzv ola bilər” – Qərb mətbuatı
››› Melikyan “Şuşa Bəyannaməsi” barədə: “Rusların Qarabağda uzun müddət qalması şübhəli görünür”
››› Qarabağ münaqişəsini kimlər yenidən başlatmaq istəyir?..
››› Rusiyada təyyarə qəzası: ölənlər və yaralılar var - Video
Son xəbərlər
Bütün xəbərlər »