Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı olub
Vladimir Putin və İlham Əliyev

Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı baş tutub.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Hər iki ölkə başçıları faşizm üzərində qələbə günü münasibətilə bir-birlərini təbrik ediblər.

“Telefon danışığı zamanı Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Vətən Müharibəsindəki Qələbənin 76-cı ildönümü münasibətilə bir-birlərini səmimi qəlbdən təbrik ediblər və hər iki ölkənin qəhrəmanlıq xatirəsini müqəddəs şəkildə ehtiramla yad edərək, misilsiz qəhrəmanlıq və fədakarlıq göstərən veteranlara dərin minnətdarlıqlarını bildiriblər”, - deyə məlumatda qeyd edilir.

Prezidentlər Rusiya-Azərbaycan əməkdaşlığının hərtərəfli inkişaf etdirməsi istiqamətində fəaliyyətlərini davam etdirəcəklərini təsdiqləyiblər və müxtəlif səviyyələrdə əlaqələrin inkişafı barədə razılığa gəliblər.

Paylaş »
››› Putin: “Afərin sizə! Bizi uşaq kimi aldatdılar”
››› Koronavirusa qarşı 3-cü doza da vurula bilər
››› Maska istehsalı çoxaldı – Yeni dalğa gözlənilirmi…
››› Şuşa Bəyannaməsi Ermənistanı panikaya saldı
››› Abel Məhərrəmovun borc qalmaqalında yeni detallar: Öz qohumu imiş...
››› Ərdoğanın Şuşa səfərinin nəticəsi nə olacaq: “Biz fərqli şərtlərlə Qars müqaviləsi gözləyirik”
››› Koçaryan: “Azərbaycanı qıcıqlandırmaq yox, danışıqlar üçün qapıları açıq saxlamaq lazımdır”
Son xəbərlər
Bütün xəbərlər »