Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dayısı oğlunu güllələyən şəxs saxlanılıb
Silah - Atəş - ov tüfəngi

Şəmkir Rayon Polis Şöbəsinə mayın 9-da Çinarlı qəsəbəsi ərazisində rayon sakini R.Mehdixanovun münaqişə zəminində tüfəngdən açdığı atəşlə dayısı oğlu M.Rüstəmovun ayaq və B.Hüseynovun əl nahiyələrinə xəsarət yetirməsi barədə məlumat daxil olub.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, M.Rüstəmov və B.Hüseynov xəstəxanaya yerləşdiriliblər.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində adam öldürməyə cəhddə şübhəli bilinən R.Mehdixanov saxlanılıb.

Ondan cinayəti törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120-ci (Adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Paylaş »
››› Rusiyanın hava yolları xidməti Azərbaycanın vergi xidmətini məhkəməyə verib
››› Haqları pozulan əlillərə kompensasiya verilsin - Deputat
››› Sosial yardım alan ailənin bank hesabından 500 min avro çıxdı
››› Azərbaycanlını qətlə yetirən rus polis evində qorunur
››› Şənbə və bazar günləri üçün avtobusların iş qrafiki məlum oldu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ərdoğan Türkiyədən Liviyaya səfərlə bağlı təcili təlimat verib
Son xəbərlər
Bütün xəbərlər »