Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avtomobil qaçıran Salyan sakini saxlanılıb
Sumqayıtda karantin qaydaları ilə bağlı reyd keçirilib

Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə Bakı şəhər sakini E.Muradova məxsus “Opel” markalı avtomobilin mayın 5-dən 7-dək olan müddətdə F.İbrahimbəyov küçəsindən qaçırılması barədə məlumat daxil olub.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin mayın 7-də saat 23 radələrində Qaradağ rayonu ərazisində hərəkətdə olması aşkar edilib. Sürücü polis əməkdaşlarının “Saxla” əmrinə tabe olmadığından məcburi saxlanılarkən avtomobili yol ayırıcısına vurub və avtomobildən düşüb qaçmağa cəhd göstərib.

Polis əməkdaşlarının çevikliyi nəticəsində Salyan rayon sakini M.Əliyev saxlanılaraq avtomobillə birgə Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinə təhvil verilib.

Araşdırma aparılır.

Paylaş »
››› Rusiyanın Qarabağ məsələsində təkbaşına nəzarətinə son qoyuldu
››› Paşinyanın ilk xəritəni təqdim etməsi nəyə hesablanıb: Ərdoğanın NATO-dakı çıxışından çəkindilər
››› Xəritədə göstərilməyən “sürpriz”lərlə qarşılaşma ehtimalı varmı…
››› Tikinti maqnatının kürəkəni “Range-Rover”lə 4 nəfəri öldürüb - Video
››› Umayra Tağıyeva qadınlara müraciət edib
››› Suqovuşanın azad olunmasında iştirak edən qazinin problemi həll edilib
››› Yayda şən istirahətin ən ucuz yolu: Turla səyahət - Fotolar
Son xəbərlər
Bütün xəbərlər »