Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Heydər Əliyev: “Qarabağa muxtariyyət verilməsi Azərbaycanın içinə qoyulmuş bomba idi”
Heydər Əliyev: “Qarabağa muxtariyyət verilməsi Azərbaycanın içinə qoyulmuş bomba idi”

“XX əsrin 60-cı illərində, yəni 69-cu ildə Heydər Əliyev Azərbaycanda rəhbər vəziyyətə gələnədək Qarabağda vəziyyət tam fərqliydi. Elə o zaman da Ermənistan Qarabağın bizə yox, özlərinə aid olduğunu düşünürdülər”.

Bu fikirləri bizimyol.info-ya Milli Məclisin kemiş deputatı Maksim Musayev bildirib.

Maksim Musayev Maksim Musayev

“O vaxt məktəblərədə hərbi dərsləri zabitlər keçirdi və onlara politruk deyilirdi, yəni siyasi rəhbər. Onlar 3 aydan bir respublikanın müxtəlif regionlarında birgə müşavirələrə toplanırdılar. Və belə müşavirələrdən biri də o vaxtkı Stepanakertdə (Xankəndi - red.) təşkil olunmuşdu. 60-cı illər idi. Fasilə zamanı Azərbaycanın digər rayonlarından gələn azərbaycanlı müəllimlər yığılıb söhbət edərkən onların çevrəsinə qumbara atılmışdı. Bayramov soyadlı bir müəllim ölmüş, 4 nəfər yaralanmışdı. 60-cı illərin axırında 2 azərbaycanlının məhkəməsi Stepanakertdə keçiriləsiydi. Dustaqları aparan maşının üstünə benzin töküb yadırmışdılar, cəsədlər tanınmaz hala düşmüşdü. Heydər Əliyev qədər Dağlıq Qarabağ məsələsini geniş miqyasda bilən adam yox idi. O sonraları görürdü, nələr ola biləcəyini öncədən hiss etmişdi. O tapşırıq verəndə “bəzi məqamları öyrənin” deyəndə biz anlamırdıq ki, bu nə üçündür, çox sonralar nəyə hesablandığını başa düşdük”,- deyə Maksim Musayev qeyd edib.

O, ulu öndərin hələ 50 il öncə separatçıların nə zamansa baş qaldıra biləcəyini hiss etdiyi üçün önləm alması barədə xatirəlrini dilə gətirdi.

“Məni Qarabağa komsomola rəhbər göndərmişdi. Mən əvvəl bilməmişdim ki, o zaman mənə gələn tapşırıqlar birbaşa ondan gəlirmiş. Erməni dilini yaxşı bilirdim deyə məni ora göndərmidi. Qarabağda problem çox idi. Mənə tapşırılanlar nə idi? Muzeylərə gedib Azərbaycan əleyhinə olan eksponatların olub-olmadığını tez-tez yoxlamaq. Ermənistanın dənizdən–dənizə xülyasını əks etdirən o xəritə o zaman Stepanakert muzeyində sərgilənirdi. Erməni dilində çıxan qəzetlər rus dilinə tərcümə olunsa da, mənə tapşırıq verilmişdi öyrənim görüm eyni materiallarmı tərcümə olunur, azərbaycançılıq əleyhinə məqalələr, materiallar gedirmi? Bir də erməni teatrlarına gedib qoyulan tamaşaları izləməliydim. Burada da məqsəd Azərbaycan xalqı əleyhinə ziyan gətirən məqamların olub-olmadığını örənmək idi. Bunu sonradan ermənilər bilmişdilər.

Çox sonralar Qarabağda, Vaqifin məqbərəsi açılanda, Şuşada mədəniyyət günləri keçirilərkən şairlərin, yazıçıların orada iştirakı erməniləri narahat etmişdi. Və hətta dilə gətirmişdilər ki, “burada vətənim-vətənim deyib oxuyurlar, Qarabağ onların vətəni deyil axı, niyə vətən deyirlər?”- deyə keçmiş deputat qeyd edib.

“Sovetlər dövründə mən Azərbaycana 14 il rəhbərlik etmişəm. 1923-cü ildə yaradılan Dağlıq Qarabağ Muxtar Vilayətinin tarixini çox yaxşı bilirəm. Dağlıq Qarabağa muxtariyyət verilməsi Azərbaycanın başına bir bəla olub. Dağlıq Qarabağa verilən muxtariyyət Azərbaycanın içinə qoyulmuş bomba idi. Nə zamansa bu bomba partlamalı idi”,- Ulu öndər Heydər Əliyev 10 noyabr 1999-cu ildə bir qrup Azərbaycan ziyalısı ilə keçirdiyi görüşdə belə demişdi.

“Qarabağ bizdən çox Ermənistana tabe idi. Mən işlədiyim zaman bir çox tədbirlər nəticəsində bu vəziyyəti dəyişməyə çalışdım, orada ali məktəb açdım, fabrikər tikdirdim, dəmir yolu çəkdirdim. Bununla mən Qarabağın tabeliyini Azərbaycana daha çox bağlamağa çalışırdım”,- deyə Heydər Əliyev öz sağlığında bildirmişdi.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »