Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Umayra Tağıyeva: Mayın 11-dən 14-dək ölkə ərazisində xoş hava şəraiti müşahidə olunacaq
Umayra Tağıyeva

Ölkə ərazisindən atmosfer cəbhəsinin keçməsi nəticəsində hava şəraiti dəyişib.

Bizimyol.info xəbər verir ki, ETSN-nin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib ki, respublikanın əsasən şimal və qərb rayonlarında yağıntı müşahidə olunur. Qərb küləyinin sürəti saniyədə 30-34 metrədək güclənib. Gecə ərzində bu proses respublikanın demək olar ki, əksər rayonlarında müşahidə olunacaq.

Xidmətin rəisinin sözlərinə görə, Bakıya və Abşeron yarımadasına isə atmosfer cəbhəsinin səhər saatlarında yaxınlaşması gözlənilir: “Buna görə də saat 10-11 radələrinədək Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yağışın tədricən kəsilməsi proqnozlaşdırılır.

Abşeron yarımadasında güclü külək əsəcək. Küləyin ani maksimal sürətinin saniyədə 30 metrə çatacağı ehtimalı var. Gecəyə doğru külək mülayimləşəcək.

Növbəti günlərdə - mayın 11-dən 14-dək ölkə ərazisində yağmursuz və xoş hava şəraiti müşahidə olunacaq. Zəif külək üstünlük təşkil edəcək. Havanın temperaturu gündən-günə yüksələcək. Hətta mayın 12-14-də paytaxtda maksimal temperatur 25-27°, respublikanın Aran rayonlarında isə 30°-dək yüksələcək”.

Paylaş »
››› Düşmən tərəfdən ordumuz haqda maraqlı paylaşım gəldi
››› “Mina xəritələrinin verilməsində ABŞ-ın xüsusi vasitəçiliyi mühüm rol oynayıb”
››› Paşinyan çıxışı zamanı çoxlu səhv edib
››› Abel Məhərrəmovun restoranının administratoru həbs edilib
››› AVRO-2020: Danimarka – Finlandiya oyunu dayandırılıb
››› Türkiyə Prezidenti: “Şuşaya, Zəfərin qazanıldığı torpaqlara səfər edəcəm”
››› Göründüyündən də böyük hadisə
Son xəbərlər
Bütün xəbərlər »