Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda azyaşlını avtomobillə vuraraq öldürən müğənni saxlanılıb
Həbs

Cəlilabad rayonunda azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən sürücü saxlanılıb.

“Report” xəbər verir ki, avtomobilin sürücüsü Mahmudov Elvin Telman oğlu polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, hadisə ötən gün Cəlilabad-Buravar yolunun Abışabad kəndi ərazisindən keçən hissəsində baş verib. Rayonun Təklə kənd sakini Mahmudov Elvin Telman oğlu idarə etdiyi "VAZ 2107" markalı avtomobillə yolu keçmək istəyən Nəzərov Nihad Ramil oğlunu vurub.

Yaralı Cəlilabad Diaqnostika Mərkəzinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törədən sürücü Elvin Mahmudov rayonda müğənnidir.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Paylaş »
››› Ağdamın mina xəritəsinin yanlış çıxması ilə bağlı məlumata aydınlıq gətirilib
››› Cavuşoğlu: “Şuşada Azərbaycanla bərabər Türkiyə bayrağı da dalğalanacaq”
››› Gənc müəllim özünü asaraq öldürüb
››› Ukraynada separatçılar tankları təmas xəttinə yığır
››› Bu gün Ermənistanda seçki keçirlir: Məğlub ölkə yeni böhran qarşısında...
››› Prezidentin təsdiqlədiyi qanunlarla sosial sığorta şəhadətnaməsi ləğv olunur
››› Gürcüstanda Hindistan ştammına yoluxanların sayı artıb
Son xəbərlər
Bütün xəbərlər »