Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Keçmiş baş nazirin gölündə ölümcül... müalicə - Video, Fotolar
Keçmiş baş nazirin gölündə ölümcül... müalicə - Video, Fotolar

Zığ kəndində olan duzlu göl uzun illərdir ki, yaxınlıqda yaşayan kəndlərin sakinlərinin istirahət məkanına çevrilib.

Belə ki, yaxın kəndlərin sakinləri yay aylarında dənizə deyil, məhz bu gölə üz tuturlar.

Sakinlər belə hesab edir ki, gölün suyu sağlamlıq üçün faydalıdır. Buna görə də gölə girir, gölün palçığından bədənlərinə çəkirlər.

Keçmiş baş nazirin gölündə ölümcül... müalicə - Video, Fotolar

Qeyd edək ki, Zığ qəsəbəsindən axan məişət-sənaye suları və yeraltı sular hesabına qidalanır. Yəni göl əslində çirkab sularından formalaşıb.

1993-cü ildə “Duzlu göl" yaxınlığındakı neftayırma zavodunun sexində Zəngilan, Fizuli və Qubadlıdan olan 40-a yaxın məcburi köçkün ailəsi məskunlaşır. Elə həmin dövrdən sakinlər ərazidə duş, yeməkxana və s. obyektlər tikərək çörəkpulu qazanmağa başlayıblar.

Keçmiş baş nazirin gölündə ölümcül... müalicə - Video, Fotolar

Səhiyyə Nazirliyi "Duzlu göl"də çimməyi qadağan etsə də, bu barədə Suraxanı Rayon İcra Hakimiyyətinə xəbərdarlıq edilsə də, gölə gedənlərin sayı azalmır, əksinə gündən-günə artır. Gölün yodlu-bromlu suyu antropogen amillərə məruz qaldığı üçün çimmək rəsmən qadağan edilib.

Keçmiş baş nazirin gölündə ölümcül... müalicə - Video, Fotolar

2000-ci illərdə Zığ gölünün palçığı sözün əsl mənasında müalicəvi hesab edilir. Hətta gölün kənarına vannalar qoyulur.

Hazırda gölün ətrafında olan kafelərdə canlanma müşahidə edilir. Gölün ətrafı səliqəyə salınır.

Havaların hələ istiləşməməsinə baxmayaraq, 65 yaşlı Vidadi Əliyev gölə baş vurur, daha dərinlərə üzməyə çalışır.

Onu çəkməyimizə icazə verməsə də, deyir ki, onu bu göl yaşadır. Uzun illərdir ki, may ayı başlayan kimi gölə gəlir, baş vurur. Gölün palçığından bədəninə çəkir: “

Keçmiş baş nazirin gölündə ölümcül... müalicə - Video, Fotolar

Gölün suyu müalicəvidir. Revmatizm, dəri xəstəlikləri və sair bu palçıqla müalicə edilə bilər. Mən hər il bura gəlirəm, həm keyfim açılır, həm də sağlamlığım üçün faydalıdır.

Mayın 2-sidir, amma mən soyuq hiss etmirəm. Deyim ki, bu göl məni koronadan da qoruyub”.

Keçmiş baş nazirin gölündə ölümcül... müalicə - Video, Fotolar

“Duzlu göl” ərazisində qiymətlər hər zaman münasib olub. Bəlkə elə buna görə də, bura istirahətə gələnlərin sayı çox olur.

Gölə gələnlər deyir ki, gölün suyu səhər saatlarında daha çox faydalı olur. Yəni saat 9.00-dan 12.00-yə kimi günəşin şüalar altında su daha müalicəvi olur.

Keçmiş baş nazirin gölündə ölümcül... müalicə - Video, Fotolar

Gölə müalicə məqsədilə vətəndaşlar daha çox ildə 3 ay iyun-iyul-avqust aylarında üz tutur.

Elə buradakı kafe sahiblərinin alveri də bu dövrdə çox olur.

Keçmiş baş nazirin gölündə ölümcül... müalicə - Video, Fotolar

Rəsmi məlumatlara görə, gölün suyu çirkləndirici maddələrlə yanaşı , dib çöküntülərində manqan neft məhsulları, mis, nikel, kadmium, sink, xrom və kobalt toplanıb.

Xatrladaq ki, göl ərazisinin keçmiş baş nazir Novruz Məmmədov və ailəsinə aid olduğu iddia edilir. (Bizimyol.info)

Keçmiş baş nazirin gölündə ölümcül... müalicə - Video, Fotolar

Keçmiş baş nazirin gölündə ölümcül... müalicə - Video, Fotolar

Keçmiş baş nazirin gölündə ölümcül... müalicə - Video, Fotolar

Keçmiş baş nazirin gölündə ölümcül... müalicə - Video, Fotolar

Son xəbərlər
Bütün xəbərlər »