Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aİ “AstraZeneca” vaksinlərinə dair müqaviləni yeniləməyəcək
Aİ “AstraZeneca” vaksinlərinə dair müqaviləni yeniləməyəcək

Avropa Komissiyası 2021-ci ilin ikinci yarısında “AstraZeneca” şirkətindən vaksin alınmasına dair müqaviləni yeniləməyəcək.

APA-nın xəbərinə görə, bu barədə “Reuters” agentliyi Daxili bazar üzrə Avropa komissarı Terri Bretona istinadən məlumat yayıb.

T. Breton deyib ki, Avropa Komissiyası 2021-ci ilin iyunundan sonra “AstraZeneca” şirkətindən vaksin alınmasına dair sifarişini yeniləməyəcək.

Qeyd edək ki, Avropa İttifaqı bu ilin aprelində “AstraZeneca” şirkətini vaksin tədarükü ilə bağlı müqavilənin şərtlərini yerinə yetirmədiyi üçün məhkəməyə verib. 2021-ci ilin birinci rübündə 120 milyon doza əvəzinə Avropa İttifaqına 40 milyon doza vaksin verilib.

Son xəbərlər
Bütün xəbərlər »