Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ və Ukrayna Qara dənizdə birgə hərbi təlim keçirib
ABŞ və Ukrayna Qara dənizdə birgə hərbi təlim keçirib

ABŞ və Ukraynanın sərhəd xidmətlərinin gəmiləri Qara dənizdə birgə hərbi təlim keçiriblər.

“Report” xəbər verir ki, məlumatı Ukrayna Dövlət Sərhəd Xidməti yayıb.

“Dünən Ukraynanın iqtisadi dəniz zonasında Dövlət Sərhəd Xidmətinin flaqmanı ABŞ-ın Sahil Mühafizə Xidmətinin “Hamilton” gəmisi ilə qarşılaşıb”, - məlumatda qeyd olunub.

Bildirilib ki, iki dövlətin gəmilərinin təhlükəsizliyinin təmin edilməsi və dəniz sərhədlərinin mühafizəsi ilə bağlı tərəflərin təmsilçilərinin işgüzar görüşü olub. Bu manevr də dənizdə birgə təlim-təcrübə mübadiləsi çərçivəsində keçirilib.

Son xəbərlər
Bütün xəbərlər »