Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vladimir Putin: “Faşist ideologiyası yenidən gündəmə gətirilir”
Vladimir Putin: “Faşist ideologiyası yenidən gündəmə gətirilir”

“Bu bayram bizim üçün həmişə müqəddəs olacaq. Sovet xalqının faşizm üzərində Qələbədə möhtəşəm nailiyyətini hər zaman xatırlayacağıq. O vaxt xalqlar birlikdə idi. Bütün millətlərdən, dinlərdən olan insanlar öz doğma torpaqlarının hər qarışı uğrunda mübarizə aparırdılar, müqəddəs andı yerinə yetirirdilər və nəticədə Avropa ölkələrini “qəhvəyi vəba”dan xilas etdilər”.

“Report”un verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin 9 May - faşizm üzərində Qələbə Günü münasibətilə Moskvada keçirilən hərbi paradın iştirakçıları və qonaqları qarşısında çıxışında deyib.

Rusiya lideri həmçinin yenidən təcavüzkar planlar üzərində düşünənlərə münasibətdə əfv və bəhanə olmadığını bildirib: “Tarix nəticə çıxarmağı və dərs öyrənməyi tələb edir. Ancaq təəssüf ki, faşist ideologiyasını yenidən gündəmə gətirilməyə çalışırlar. Tarixi yenidən yazmaq və xainlərə və cinayətkarlara haqq qazandırmaq cəhdlərini görürük. Rusiya öz milli maraqlarını və təhlükəsizliyini qətiyyətlə müdafiə edəcək”.

Son xəbərlər
Bütün xəbərlər »