Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Moldova KİV-də Azərbaycanın mədəniyyət paytaxtı olan azad Şuşa barədə məqalə dərc olunub
Moldova KİV-də Azərbaycanın mədəniyyət paytaxtı olan azad Şuşa barədə məqalə dərc olunub

Məqalədə Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovun 29 ildə birinci dəfə Şuşa şəhərinin işğal tarixini azad qeyd etdiyi barədə dedikləri qeyd olunur.

Diplomat vurğulayır ki, 1992-ci ilin may ayının 8-də erməni hərbi birləşmələri Azərbaycanın qədim şəhəri Şuşanı işğal edib, uzun 28 il ərzində əsarətdə saxlamışdılar, lakin müdrik Prezident İlham Əliyevin rəhbərliyi altında müzəffər azərbaycan ordusu Şuşanı işğaldan azad etdi, Azərbaycan xalqına qaytardı.

Bundan əlavə, məqalədə Qarabağda, o cümlədən Şüşada azərbaycan əhaləsinə qarşı işğalçılar tərəfindən aparılan etnik təmizləmə siyasəti, Azərbaycanın bu bölgədə mədəni-tarixi irsinin məhv olunması, dini abidələrin dağıdılması barədə bəhs olunur. Səfirin sözlərinə istinadən bildirilir ki, bütün bu vandallıq aktları bütün dünya ictimaiyyətinin gözü önündə törədilib, lakin erməni vandallarını dayandırmaq və cəzalandırmaq, onları beynəlxalq səviyyədə tanınan Azərbaycan torpaqlarını qaytarmağa məcbur etmək əvəzinə beynəlxalq ictimaiyyət susub. «28 il ərzində hər bir azərbaycanlı Şuşaya qayıtmaq arzusu ilə yaşayırdı, 8 noyabr 2020 –ci ildə bu arzu gərçəkləşdi. Şuşanın işğaldan azad olunması günü Prezident İlham Əliyev tərəfindən Qələbə günü elan olundu» - Qüdsi Osmanov qeyd edib.

Həmçinin məqalədə Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan olunması, Şuşada tikinti-bərpa işlərinin aparılması, bu il Şuşada Vaqif poeziyası günləri və «Xarı bülbül» festivalının keçirilməsi barədə bəhs olunur.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »