Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həkim mənasız tibbi prosedurlar barədə danışdı
Həkim mənasız tibbi prosedurlar barədə danışdı

Rusiyanın “Medisina24/7” klinikasının baş həkimi , professor Oleq Serebryanski həkimlərin və insanların tətbiq etdyi gərəksiz tibbi prosedurlar barədə danışıb.

O otolarinqoloqların boğaz və burnu dəniz duzu ilə qarqara etmək tövsiyəsini tənqid edib. "Adi duzla yaxalamaq da eyni effekti verəcək, üstəlik daha ucuz başa gələcək. Bununla belə, burnu və ağızı tez-tez fiziki məhlulla, duzlu suyla yaxalamaq onun təbii mikloflorasını da poza, selikli qişaya zədə vura bilər".

Baş həkim fizioterapiyanın elmi əsasları olmadığını da qeyd edib. Həkim gərəksiz tibbi prosedurlardan danışarkən müxtəlif BAD və vitamin terapiyalarının da adını çəkib. "Yaxşı qidalanırsansa əlavə vitamin qidalarına ehtiyac yoxdur. Yüngülvari soyuqlamalar zamanı da antibiotiklərin içilməsini ziyanlı hesab edrəm. Belə preparatların nəzarətsiz istifadəsi ziyanlıdır və həqqətən antibiotiklərə orqanizmin ehtiyacı olanda fayda verməyə bilər."

Bundan başqa, həkim yataqda həddən artıq zaman keçirən, yuxudan doymayan adamların hipersomniya və ya depressiyadan əziyyət çəkmə ehtimalı ola biləcəyini qeyd edib.

"Aspirinin nəzarətsiz istifadəsi qanaxmalara səbəb ola bilər. Pandemiya dövründə insanlar bu preparata çox üstünlük verdilər. Lakin unutmaq olamaz ki , o ən qədim preparatlardandır və sağlam insanların onun istifadəsinə ehtiyacı yoxdur".

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »