Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakı Türk Anadolu Liseyinin müəllimləri “Mehtər Takımı” yaradıb
WhatsApp Image 2021-05-24 at 11.19.58_640x360

Türkiyənin Milli Təhsil Nazirliyinə bağlı olan Bakı Türk Anadolu Liseyinin müəllimləri “Mehtər Takımı” yaradıb.

Bizimyol.info Türkiyənin Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, Bakı Türk Anadolu Liseyinin müəllimləri Azərbaycanda məktəblərin koronavirus tədbirləri ilə bağlı uzun müddət bağlandığı bir zamanda “Mehtər Takımı” yaratmaq qərarına gəlib.

Qrupun yaradılması işini liseyin müdir müavini və musiqi müəllimi Serkan Ün öz üzərinə götürüb.

Müəllimlərdən ibarət olan “Mehtər Takımı” ilk çıxışını 19 May - Atatürkü Anma, Gənclik və İdman Bayramı mərasimində məktəbdə reallaşdırıb.

Sinif rəhbərindən riyaziyyat müəlliminə, fizika müəllimindən rəhbərliyə qədər 25 müəllimdən ibarət olan qrupun nümayiş etdirdiyi çıxış peşəkar “Mehtər Takımı”nın çıxışlarından geri qalmırdı.

Serkan Ün yaratdıqları “Mehtər Takımı”nın və nümayiş etdirdikləri çıxışın il yarımlıq pandemiya müddətinin yaratdığı hüznün partlayışa çevrilməsi mənasına gəldiyini deyib.

Pandemiya dövründə müəllimlərin şagirdlərinə, şagirdlərin də məktəbə həsrət qaldığını qeyd edən Serkan Ün "Müəllim yoldaşlarımızla bir şey etmək istədik. Qısa müddət ərzində oldu, amma düşünürəm ki, bacardıq. Müəllim yoldaşlarımızın dəyərli səyləri və zəhmətləri ilə bu günü gördük. Gələcək təkliflərə açıqıq. Bu bizim əvəzolunmaz bir mədəniyyətimizdir. Mehtər bir ruhdur, ənənəmizdir. Bunu Bakıda yaşada bilsək çox xoşbəxt olarıq.", - deyə bildirib.

Paylaş »
››› Azərbaycanda məntiqə sığmayan qadağalar: Şortik, “vyetnamka”, hicab!..
››› Dar günün adamları: Xalqın şairi də, aktyoru da belə olmalıydı
››› “Azərbaycanlıların mərmər qəbir daşlarından Babayanın evinə pilləkən düzəldilirdi”
››› Rusiyadan Türkiyəyə böyük yürüş: Gündə 20 min nəfər...
››› Həbsdə olan iş adamına işgəncə iddiaları var: DİN açıqlama verdi
››› Cərimə epidemiyası: Toylar camaata “toy tutmağın” yeni vasitəsi ola bilər...
››› Vitse-spikerin müsahibəsi Ramiz Mehdiyevi bitirə bilər
Son xəbərlər
Bütün xəbərlər »