Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Neftçi" darmadağınla qalib gəlib, "Keşlə" uduzub
Futbol

Bu gün Azərbaycan Premyer Liqasında XXVI tura start verilib.

Apasport.az saytının məlumatına görə, turun ilk günündə 2 matç keçirilib.

Hər iki qarşılaşma Bakıda baş tutub. Günün ilk matçı “ASK Arena”da təşkil olunub. Bürünc medallar uğrunda mübarizə aparan “Sumqayıt” “Keşlə”nin qonağı olub. Ayxan Abbasovun yetirmələri bir qolla qələbə qazanıb.

Günə paytaxt derbisi ilə yekun vurulub. Çempionluq uğrunda mübarizə aparan “Neftçi” ciddi hədəfi qalmayan “Səbail”in qonağı olub.

Meydan sahibləri son sıralardan uzaqlaşmaq arzusunda olan meydan sahibləri ölkənin ən titullu klubu qarşısında aciz qalıb. Üç xalı darmadağınla qazanan “Neftçi” ən azı bir günlük zirvəyə yüksəlib.

Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq. “Zirə” “Qəbələ”ni, “Sabah” “Qarabağ”ı qəbul edəcək.

Azərbaycan Premyer Liqası

XXVI tur

8 may (şənbə)

18:00. “Keşlə” – “Sumqayıt” - 0:1

Qol:Rəhim Sadıxov, 78 (pen.)

Baş hakim: Rəşad Əhmədov

“Keşlə”: 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev (k), 19. Azər Salahlı, 7. Rəhman Hacıyev, 8. Tural Axundov, 4. Şəhriyar Əliyev, 25. Con Kamara, 10. Sezar Meza Kolli, 91. Sadio Tonkara, 9. Anatole Abanq, 99. Rafael Məhərrəmli

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 18. Ruslan Əmircanov, 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov, 20. Rail Məlikov, 23. Nicat Qurbanov, 21. Miyusko Boyoviç, 11. Silvio Rodriqes, 22. Elçin Mustafayev, 79. Bahadur Həziyev

Baş məşqçi: Sənan Qurbanov

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov (k), 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev, 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 33. Eltun Turabov, 11. Mehdi Şərifi, 4. Höccət Haqverdi, 18. Süleyman Əhmədov, 20. Rüfət Abdullazadə

Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 71. Hüseynəli Quliyev, 60. Elvin Məmmədov, 78. Dmitro Nağıyev, 21. Cabir Əmirli, 17. Murad Xaçayev, 30. Nəbi Məmmədov, 8. Səbuhi Abdullazadə

Baş məşqçi: Ayxan Abbasov

“ASK Arena”

20:15. “Səbail” – “Neftçi” - 0:4

Qollar: Voislav Stankoviç, 13,Yusuf Laval, 62,Keysuke Honda, 72,Namiq Ələsgərov, 79 (pen.)

Baş hakim: Elçin Məsiyev

“Səbail”: 96. Nikolas Hagen, 14. Rahid Əmirquliyev (k), 34. Urfan Abbasov, 28. Məqsəd İsayev, 22. Əfran İsmayılov, 29. Amil Yunanov, 27. Hendrik Ekşteyn, 19. Luka İmnadze, 23. Milovan Petrovik, 4. Ali Sisey, 3. Turan Manafov

Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 7. Mirsayib Abbasov, 11. Rauf Əliyev, 9. Florian Kadriu, 20. Ruslan Hacıyev, 77. Ədilxan Qarəhmədov, 44. Şamil Cəfərov, 38. Zeynəddin Abdurahmanov

Baş məşqçi: Aftandil Hacıyev

“Neftçi”: 30. Aqil Məmmədov, 7. Namik Ələskərov, 8. Emin Mahmudov (k), 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 29. Sabir Buqrin, 4. Keysuke Honda, 24. Yusuf Laval, 5. Anton Krivotsyuk, 26. Ömər Buludov

Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 12. Kamran İbrahimov, 22. Mirabdulla Abbasov, 19. Fəhmin Muradbəyli, 28. Stiven Monroz, 91. Tallison Diaz, 17. Bruno Teluşi, 9. Ahmed Ahmedov, 20. Mert Çelik, 80. İsmayıl Zülfüqarlı, 70. Asim Əlizadə, 37. Vüsal Əsgərov

1  Neftçi              26   16    5    5      45-25     53

2  Qarabağ        25    14    9    2      58-17     51

3 Sumqayıt      26     9      9    8      29-30    36

4  Zirə               25     7     13    5      25-26    34

5  Sabah           25     6      7     12    24-31     25

6 Qəbələ          25      5     9      11    20-39    24

7 Səbail            26     5     9     12     21-39    24

8 Keşlə             26    4     11    11     22-37     23

Bombardirlər: Namiq Ələsgərov ("Neftçi") – 19, Mahir Emreli – 16, Filip Ozobiç (hər ikisi "Qarabağ") - 11 qol.

Paylaş »
››› Ağdamın mina xəritəsinin yanlış çıxması ilə bağlı məlumata aydınlıq gətirilib
››› Cavuşoğlu: “Şuşada Azərbaycanla bərabər Türkiyə bayrağı da dalğalanacaq”
››› Gənc müəllim özünü asaraq öldürüb
››› Ukraynada separatçılar tankları təmas xəttinə yığır
››› Bu gün Ermənistanda seçki keçirlir: Məğlub ölkə yeni böhran qarşısında...
››› Prezidentin təsdiqlədiyi qanunlarla sosial sığorta şəhadətnaməsi ləğv olunur
››› Xəstəxananın direktoru işdən çıxarılıb
Son xəbərlər
Bütün xəbərlər »