Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Lavrovun Bakı səfərində bu məsələ aktual olacaq” - Bir neçə diversantın azad olunması reallaşa bilər
“Lavrovun Bakı səfərində bu məsələ aktual olacaq” - Bir neçə diversantın azad olunması reallaşa bilər

"Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Ermənistana səfərində sərhədlərin delimitasiya və demarkasiya prosesinə toxunması, ardınca Azərbaycan tərəfindən verilən açıqlamada bu istiqamətdə işlərin getdiyinin vurğulanması göstərir ki, Lavrovun Bakı səfərində bu məsələ aktual olacaq. Sergey Lavrovun Bakı səfərində bu konkteksdə danışıqlar gedəcək".

Yenisabah.az xəbər verir ki, bu barədə politoloq Məhəmməd Əsədullazadə qeyd edib.

Məhəmməd Əsədullazadə Məhəmməd Əsədullazadə

O bildirib ki, Ermənistan ərazisində anklav kəndlərin geri qaytarılması istiqamətində danışıqlar yubadılmamalıdır:

"Necə ki, Azərbaycan maneəsiz Şurnuxa daxil oldu və kəndin ərazimizə düşən hissəsini nəzarətə aldı. Bu, Qazax istiqamətində də olmalıdır. Həmçinin Naxçıvan MR-nın Kərki kəndində də həyata keçirilməlidir. Bu, kəndlər danışıqlar predmeti ola bilməz.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun səfərində anklav kəndlərin qaytarılması müzakirə ediləcək. Ermənistan tərəfi bu kəndlərin geri qaytarılmasını ləngidir. Kəlbəcərə kimi demarkasiya başa çatıb.

Ermənistanın işğalında olan bir neçə sərhəd kəndinin boşaldılması ilə iki ölkə arasında münaqişəyə bununla son veriləcək. Hazırda Ermənistan Azərbaycan arasinda münaqişə başa çatmayıb və anklav ərazilər mübahisə predmeti deyil".

"Ümumiyyətlə S.Lavrovun Azərbyacana səfərində bu məsələlər müzakirə oluna bilər: erməni diveransatların qaytarılması, Hadrut və bir neçə yaşayış yerinə erməni köçkünlərin qaytarılması, Azərbaycanın KTMT və Avrasiya İttifaqına qəbulu, Minsk qrupu çərçivəsində danışıqların bərpası. S.Lavrovun Bakı səfərindən sonra bir neçə diversantın azad olunması reallaşa bilər", -deyə politoloq qeyd edib.

Son xəbərlər
Bütün xəbərlər »