Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Övladını məktəbə göndərmək istəməyənlər yazılı müraciət edə bilərlər
Övladını məktəbə göndərmək istəməyənlər yazılı müraciət edə bilərlər

“Valideynlər övladlarını məktəbə göndərmək istəmirsə, məktəbə yazılı müraciət edə bilərlər”.

Bizimyol.info xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda bildirib.

Onun sözlərinə görə, Təhsil Nazirliyi tərəfindən hər gün, hər saat koronavirusa yoluxma sayı öyrənilir: “Mayın 17-dən əvvəl əyani tədris mümkün deyildi, ibtidai siniflərin də tətili var idi, növbəti günlərdə isə bayram tətilinə çıxılır. Bu baxımdan ən qısa zamanda yalnız 17 maydan əyani dərslərə qayıtmaq mümkün olur”.

Son xəbərlər
Bütün xəbərlər »