Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Məktəblərin açılıb-bağlanması hamıda isti-soyuq duş effekti yaradıb"
"Məktəblərin açılıb-bağlanması hamıda isti-soyuq duş effekti yaradıb"

Ramazan bayramı tətilindən sonra, yəni mayın 17-dən məktəblərin açılması qərarı verilib. İl boyu bir neçə dəfə açılıb bağlanmış əyani təhsil forması ilin sonuna 1 ay qalmış yenidən açılacaq. Üstəlik, yoluxma sayında kəskin azalma müşahidə olunmur. Buna gərək varmı?

Bizimyol.info-nun sualını təhsil texnoloqu Şamil Sadıq cavablandırır.

Şamil Sadıq Şamil Sadıq

“Apardığımız müşahidələr onu deməyə əsas verir ki, əksər valideynlər təhsilin əyani formada olmasının tərəfdarıdırlar. Təhsil nazirimiz bu barədə sosial şəbəkə üzərindən qərarını bəyan edəndə gələn rəylər birmənalı olmadı. Elə sizin kimi bu qədər açıb-bağlanmadan sonra son bir ayda yenidən ehtiyac olub-olmadığını sorğulayanlar var. Uzun müddətdir online təhsilə alışmış müəllimlər və uşaqlarn əyani təhsilə keçidində müəyyən psixoloji çətinliklər olacaq. Uyğunlaşmaq dərhal mümkün olmur. Amma ilin sonudur və hesabat dövrüdür.

Əslində il sonunda bir ay şagirdlərin məktəbə gedib yoldaşları ilə zaman keçirməsi onlara hədiyyə kimidir. Bir məsələ də var. Türkiyə və bir çox ölkələr bunu müzakirə edirlər. İl ərzində təhsildə yaranmış müəyyən çatışmazlıqları aradan qaldırmaq üçün yay məktəblərinin açılmasını və ya tədris müddətinin bir neçə ay uzadılmasını təklif edirlər. Qərarı Təhsil Nazirliyi verəcək. Hesab edirəm ki, bizdə də buna baxılsa, yaxşı olar.

O ki qaldı mayın 17-də dərslərin açılmasına, müəyyən problemlər var ki, onların da həlli direktorların üzərinə düşəcək. Siniflərdə maska taxılmayacaq. 9-cu sinifə qədər olan şagirdlərin buna ehtiyacı yoxdur. Sosial məsafə necə qorunacaq, uşaqlar siniflərə hansı sıxlıqlarla yerləşdiriləcəklər, dərslər həftədə neçə gün keçiriləcək. Bu kimi məsələlərə baxılmalıdır. Hər bir halda bu il məktəblrin açılıb-bağlanması valideynlərdə də, şagirdlərdə də isti-soyuq duş effekti yaradıb. Elektron dərs sisteminə uyğunlaşan uşaqların gəlib siniflərdə oturması da asan olmayacaq. Buna görə məktəb psixoloqlarının üzərinə çox iş düşəcək”,- deyə ekspert qeyd edib.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »