Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Günün ulduz falı: 9 may, 2021
Bürclər

Bizimyol.info qoroskop həvəskarlarına 9 may, 2021-ci il  tarixi üçün ulduz falını təqdim edir:

Ünsiyyət üçün uğurlu gündür. Bu gün, ümumiyyətlə, əlaqə qurmaqdan çəkinən insanlar belə mehriban olacaqlar. Həmfikir insanlarla bəzi maraqlı məsələləri müzakirə etmək, hamı üçün vacib olan planlardan danışmaq fürsəti olacaq. Doğru qərarlar verməyinizə kömək edəcək məlumatlar ala bilərsiniz.

Xüsusilə də böyük alış-verişlərə tələsməyin. Təəssüf ki, bu gün bir çox insanlar maddi imkanlarını yüksək qiymətləndirir və asanlıqla bədxərclik edə bilərlər. Hər hansı bir müqavilə bağlamazdan əvvəl iki dəfə düşünün.

Qoç – Xırda məsələlərdən narahat olmağa meyllisiniz və başqa vaxt sadəcə, əhəmiyyət vermədiyiniz vəziyyətlərə görə həyəcanlana bilərsiniz. Əvvəllər yaxşı münasibət qurduğunuz insanlarla bəzi kiçik anlaşılmazlıqlar, fikir ayrılıqları ola bilər. Ancaq ciddi bir qarşıdurmaya çevrilməyəcək. Tezliklə hər şey həll ediləcək, qarşılıqlı anlaşma bərpa olunacaq, iddia və şikayətlərdən əsər-əlamət qalmayacaq.

Günün ikinci yarısı xoş yeniliklərlə, uğurlu təsadüflərlə sevindirəcək. Bu müddət ərzində alacağınız xəbərlər planlarınıza təsir edə bilər. Bəzi Qoçlar gözlədiklərindən daha çox şey əldə edə biləcəklərini başa düşəcəklər.

Buğa – Xırdalıqlara görə həmişəkindən daha çox üzüləcəksiniz, şəxsən özünüzə aid problemlərdən ciddi şəkildə narahat ola bilərsiniz. Daha müsbət bir əhval-ruhiyyəyə köklənməyə çalışın, sevinmək üçün səbəblər axtarın. Belə olan halda yeni fürsətləri görəcəksiniz, çoxdan müəyyən edilmiş hədəflərə nə qədər yaxın olduğunuzu başa düşəcəksiniz. Bu gün bir çox Buğalar üçün yaxınlarının dəstəyi və təqdiri xüsusilə vacib olacaq.

Romantik münasibətlərdə təşəbbüs göstərə bilərsiniz: hissləriniz cavabsız qalmayacaq. Həm özünüzün, həm də sevdiyiniz insanın hisslərini daha yaxşı başa düşəcəksiniz.

Əkizlər - Günün başlanğıcı çətin ola bilər. Bu saatlarda qarışıqlıqdan qaçmaq asan olmayacaq. Çalışın özünüzü düzgün aparasınız. Bəzi Əkizlər ehtiyatsızlıq ucbatından xırda səhvlər edəcəklər, diqqətsizlik göstərəcəklər. Xoşbəxtlikdən ətrafınızda sizə belə səhvləri vaxtında göstərən və onları aradan qaldıqmaqda kömək edən bir insan var.

Günortadan sonra çox fərqli olacaq. Müsbət tendensiyaların təsiri daha çox nəzərə çarpacaq, çox işlər görə bilərsiniz. Başqaları ilə ünsiyyət qurmaq çox asan olacaq. Xüsusən də yaxın insanları mükəmməl başa düşəcəksiniz.

Xərçəng - Ünsiyyət baxımından çox uğurlu bir gündür. Başqalarını yaxşı başa düşəcəksiniz, demək olar ki, haqqında heç nə bilmədiyin insanların da düşüncəsində nələrin olduğunu rahatlıqla təxmin edəcəksiniz. Yeni tanışlarla münasibətlərin dostluğa çevrilməsi asan olacaq, bütün təklif və fikirlərinizi bəyənəcəklər.

Bəzən adi məsələlərə diqqətli yanaşmaq çətin olacaq, çünki gündəlik işlər sizə çox monoton və darıxdırıcı görünür. Ancaq yenə də əlinizdən gələni etməyə çalışın və səhvlərdən yayınmaq üçün diqqətinizi artırın. Axşam saatlarında köhnə bir tanışınız qonaq gələ bilər. Bu gözlənilməz ziyarətdən məmnun qalacaqsınız.

Şir - Çətin məsələlərin həlli üçün uğurlu gündür. Burada müşahidə və ətrafa real baxmaq qabiliyyəti sizə kömək edəcək. Heç kim sizi aldatmayacaq və çaşdırmayacaq. Tərəfdaşlara ehtiyacınız varsa, onları asanlıqla tapa bilərsiniz.

Bəzən bir anda bir neçə işlə məşğul olmalısınız. Çox yorucu ola bilər. Amma yenə də diqqətli olmağı bacaracaqsınız. Gün ərzində narahatlıqların olmasına baxmayaraq, istirahət etmək üçün də vaxtınız qalacaq. Sevdiklərinizlə ünsiyyət sizi sevindirəcək və həyat enerjisi verəcək.

Qız - Günün başlanğıcı uğursuz ola bilər. Xırda problemlər həmişəkindən daha çox ola bilər. Bu, işlərin öhdəsindən gəlməyi, başladığınız işləri vaxtında sona çatdırmağı çətinləşdirəcək. Amma mənfi tendensiyaların təsiri uzun sürməyəcək. Vəziyyətin yaxşılığa doğru dəyişdiyini tez bir zamanda görəcəksiniz, maraqlı fürsətlər yarandığı zaman, əldən buraxmayacaqsınız.

Günortadan sonra son vaxtlar sizi narahat edən məsələlərin uğurlu həlli vəd olunur. Həm də bu vaxt mübahisədən sonra barışmaq, köhnə əlaqələri bərpa etmək üçün yaxşı zamandır.

Tərəzi - Günün əvvəlində bir çox yeni fikir və cəsarətli planlar olacaq. Yeni bir işə baş vurmaq üçün doğru zamandır: əvvəllər çox çətin görünən çıxış yollarını tez bir zamanda tapacaqsınız. Bir çox Tərəzilər təcrübəli tərəfdaş və köməkçilər tapacaq, başqalarının davranışlarını diqqətlə müşahidə edərək onların səhvlərindən öyrənəcəklər.

Günün ikinci yarısı istirahət etmək və əylənmək, yaxşı əhatədə yaxşı vaxt keçirmək imkanı verəcək. Hədiyyələr və sürprizlər mümkündür. Bu zaman dostlarınıza qarşı diqqətli olmalısınız. Həm də çox xərcləməyə meyllisiniz.

Əqrəb - Xırda şeylərə çox əhəmiyyət verməməyə çalışın. Bəlkə də bu gün hər şey rəvan və asan alınmayacaq. Amma ciddi problemlər yaranmayacaq və ortaya çıxa biləcək bütün çətinliklərin öhdəsindən gələ bilərsiniz.

Köhnə tanışları görmək üçün yaxşı bir gündür. Son vaxtlar bəzi münasibətlər çətin və gərgin inkişaf edibsə, indi onların yaxşı tərəfə dəyişməsi mümkündür. Bəzi Əqrəbləri maraqlı sürprizlər gözləyir.

Oxatan - Emosional fon gərgin olacaq. Kiçik şeylərdən hirslənə, qəzəblənə, sizinlə razılaşmayan hər kəslə əsəbi şəkildə mübahisə edə bilərsiniz. Bu zaman vəziyyəti təsirsiz hala gətirmək, sərt bucaqları hamarlamaq üçün sağlam düşüncənizə bel bağlayın. Yumor hissiniz də kömək edəcək. Hər kəsin əhvalını yaxşıya doğru dəyişdirə bilərsiniz.

Özünüzü və yaxınlarınızı necə məmnun edə biləcəyinizi düşünün; hamını ruhlandırmaq üçün bir yol var. Axşam saatlarında bir çox yeni fikirlər ortaya çıxacaq. Onları dərhal həyata keçirmək mümkün olmasa da, tezliklə bu planlara yenidən qayıdacaqsınız.

Oğlaq - Ünsiyyət üçün çox əlverişli bir gündür. Başqa insanları yaxşı başa düşəcəksiniz, söhbətlər zamanı doğru sözləri tapacaqsınız, həmişə ehtiyacı olanları dəstəkləyəcəksiniz. Çox vaxt başqalarının uğursuz olduqları işləri ələ alıb yaxşı nəticə göstərə bilirsiniz və ətrafdakılar buna heyran qalır. Bu gün bəzi insanlar sizi daha yaxından tanımaq, dostluq etmək istəyəcəklər.

Son zamanlar həm sizi, həm də yaxınlarınızı ciddi şəkildə narahat edən bəzi məsələləri həll etmək imkanı olacaq. Əvvəllər qazandığınız təcrübə yeni situasiyalarda da köməyinizə gələcək.

Dolça - Tamamilə yeni işə başlamaq üçün yaxşı gündür. Gözəl fikir və ideyalarınız olacaq. Onları dərhal tətbiq etməyə başlaya bilərsiniz, buna görə vaxt itirməyin. Həmişəkindən daha çox improvizasiya etməli, yarı yolda qərarlar verməlisiniz. Bu sizi narahat etməyəcək.

Qeyri-rəsmi atmosferdə görüşlər, dostlarınız və digər yaxın insanlarla ünsiyyət üçün əlverişli bir gündür. Başqalarının düşüncəsində olanları asanlıqla başa düşürsünüz, doğru sözləri tapırsınız. Cazibədarlığınız sayəsində son vaxtlar gərgin olan münasibətlər nəzərəçarpacaq dərəcədə yaxşılığa doğru dəyişəcək.

Balıq - Uğurlu və məhsuldar gündür. Hər hansı bir işdə, hətta ən qarışıq və mürəkkəb vəziyyətlərdə də yaxşı davranış sərgiləyəcəksiniz. Ətrafınızdakı insanlar ortaya çıxan problemlərin həllinə yanaşma tərzinizi heç də hər zaman bəyənmirlər, ancaq bir az vaxt keçəndən sonra hər kəs doğru yolu seçdiyinizi qəbul edir.

Bu gün həm də sizin üçün əziz, ruhən yaxın olan insanlarla ünsiyyət qurmaq üçün əlverişlidir. Bir növ birgə fəaliyyət barədə razılığa gələ bilərsiniz. Yeni ümumi planlar o qədər iddialı olur ki, bəzən heyrətə gətirir. Ancaq bu gün qurduğunuz planların həyata keçirilməsinə heç nə mane ola bilməyəcək.

Paylaş »
››› Rusiyanın hava yolları xidməti Azərbaycanın vergi xidmətini məhkəməyə verib
››› Şənbə və bazar günləri üçün avtobusların iş qrafiki məlum oldu
››› Ərdoğan Türkiyədən Liviyaya səfərlə bağlı təcili təlimat verib
››› Sabah avtobuslar işləyəcək
››› Putin 56 nəfərə general rütbəsi verib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Paşinyan: Azərbaycan və Rusiya ilə birlikdə Kəlbəcər-Sotk sərhədindəki problemin yekun həllinə yaxınlaşırıq
Son xəbərlər
Bütün xəbərlər »