Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərişıq" gücləndirilmiş iş rejiminə keçdi
"Azərişıq" gücləndirilmiş iş rejiminə keçdi

“Azərişıq” ASC bayramla əlaqədar qeyri-iş günlərində də gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək.

Qurumdan  verilən məlumata görə, Səhmdar Cəmiyyətin Mərkəzi Aparatında, Regional Enerji Təchizatı və Satışı idarələrində, şəhər və rayon Elektrik Şəbəkələrində növbətçilik rejimi tətbiq edilərək, qəza xidməti və 199 Çağrı Mərkəzi 24 saat istehlakçıların xidmətindədir.

Bayram və qeyri-iş günlərində istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatının təmin olunması məqsədilə bütün təşkilati və texniki tədbirlər görülüb. İstehlakçılardan xahiş edirik ki, yarana biləcək hər hansı problemlə əlaqədar "Azərişıq” ASC-nin 24 saat fasiləsiz fəaliyyət göstərən 199 saylı Çağrı Mərkəzinə müraciət etsinlər.

Son xəbərlər
Bütün xəbərlər »