Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Barselona", "Real Madrid" və "Yuventus" birgə bəyanat yaydı
Real Madrid - Barselona

İspaniyanın "Barselona", "Real Madrid" və İtaliyanın "Yuventus" klubu Avropa Super Liqası ilə bağlı ortaq bəyanat yayıb.

Unikal.org-un məlumatına görə, hər üç klub təzyiq və təhdidlərə baxmayaraq müasir futbolda islahatlara davam edəcəklərini bildirib.

Qeyd edək ki, UEFA daha əvvəl Superliqadan imtina edən 9 kluba sanksiya tətbiq olunmadığını açıqlayıb. Amma bu kollektivlərin qarşısına müəyyən tələblər qoyulub. Onlar Avropada uşaq futbolunun inkişafına 15 milyon avro ianə etməlidir. Həmçinin klubların avrokuboklarda bir mövsüm ərzində əldə edəcəkləri gəlirin 5 faizi tutulacaq və yenidən bölüşdürüləcək.

Daha əvvəl Superliqada iştiraklarını İngiltərənin "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi" və "Tottenhem", İspaniyanın "Real Madrid", "Barselona" və "Atletiko", İtaliyanın "Yuventus", "Milan" və "İnter" klubları təsdiqləyib. Lakin futbol federasiyaları və milli assosiasiyaların bir sıra çağırışları, habelə UEFA və FIFA-nın sanksiya hədələrindən sonra klublar bir-birinin ardınca turnirdən imtina etməyə başlayıblar. Hazırda yalnız "Barselona", "Real Madrid" və "Yuventus" Superliqada qaldıqlarını açıqlayıb.

Paylaş »
››› Almaniyadan deportasiya olunan azərbaycanlılar Bakıya gəlib çıxmadı
››› Rusiya hökuməti Şuşa Bəyannaməsinə münasibət bildirib
››› Van Dammın oğlu azərbaycanlı qızla evləndi - Foto
››› Travmatologiya xəstəxanasında Qarabağ qazisini döyüblər - Video
››› “Baydenin Putinə çatmayan gücü media üzərində partladı” – Qərb mətbuatı
››› “Putinin əl-qol açmasının səbəbi Qərbin maymaq liderləridir”
››› Ter-Petrosyan: “Əliyevlə dil tapmaq lazımdır”
Son xəbərlər
Bütün xəbərlər »