Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası

Sosial şəbəkələrdə “Microsoft” şirkətinin rəhbəri Bill Qeytsin boşanmasıyla bağlı rəngarəng zarafatlar yer alır. Melinda Qeytsin niyə izdivaca son vermək istəməsi haqda bəzən ciddi versiyalar da yazılır. Qərb mətbuatı ailədə problemin çoxdan yarandığını bildirir.

Bizimyol.info xəbər verir ki, “Le Temps” diqqəti Melinda Qeytsin 2019-cu ildə çap olunan “Yüksəlişin anı” kitabında yazılanlara yönəldib. Milyarderin həyat yoldaşı problemlərə eyham vurubmuş. İsveçrə qəzeti yazır ki, boşanmaya bu qədər təəccüblənmək lazım deyil. Yəni proses bir neçə il əvvəl başlayıb, məntiqi sonluğuna bu günlərdə çatıb. Amma onlar dost qalacaqlar, fondda birlikdə fəaliyyət göstərəcəklər.

Dünyanın başqa iri media orqanları da “böyük boşanma”ya diqqət ayırıb. “Courrier International” yazıb ki, Qeyts ailəsindəki dəyişiklik istər-istəməz xeyriyyəçilik məsələsinə də təsir göstərəcək, fondun maliyyələşməsində problem yaranacaq. “The Economist” də təxminən belə düşünür. Böyük Britaniya jurnalı Bill Qeytsin son vaxtlar adının daha çox insanlara nanoçiplər yerləşdirmək planıyla çəkildiyini qeyd edib.

“The New York Times”a danışan tanınmış filantrop Devid Kallahan bundan sonra Melindanın xeyriyyəçilik məsələsində daha önə çıxacağını bildirib. Bunun üçün isə əvvəlcə “Microsoft”un səhmlərinin bir hissəsini əldə etmək lazımdır.

“Les Echos” qəzeti boşanmanın heç yaxşı xəbər olmadığını vurğulayıb. Burada Qeytslərin təsis etdiyi fondun 2000-ci ildən 55 milyard dollar xərclədiyi yazılıb. Təkcə hazırda yaşanan qlobal böhrana qarşı mübarizəyə 1 milyard dollar ayrılıb. Bill Qeyts və Uorren Baffet 40 milyardı birləşdirən “Giving Pledge” təşkilatını yaradıb, beləcə, dünyanın ən zəngin adamlarının xeyriyyəçiliyə 600 milyard dollar ayırmasına nail olunub.

Melinda müsahibələrindən birində Billin böyük ürək sahibi olmasından söz açsa da, dünya mətbuatında milyarder haqqında daha çox mənfi fikirlər yer alır. “The New Republic” onu “vaksin bədheybəti” adlandırıb. Bill Qeytsin qlobal səhiyyə böhranının inkişafında maraqlı olmasına yazılanların əksərində rast gəlinir. Qərb mətbuatı sanki Melindanın tərəfindədir. Bir növ sosial şəbəkələrdə edilən zarafatlara eyham vurulur. Melinda Qeyts həyat yoldaşının son illər dünyaya baxışı ilə razılaşmırmış. Boşanmanın əsas səbəblərindən biri kimi bu göstərilir.

Son xəbərlər
Bütün xəbərlər »