Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dövlət İmtahan Mərkəzində SAT imtahanları keçirilib
Dövlət İmtahan Mərkəzi

2021-ci il mayın 8-də DİM-in Mikayıl Müşfiq küçəsi 1M ünvanında yerləşən inzibati binasında müvafiq sanitar-gigiyenik qaydalara uyğun SAT (SAT və SAT Subject) imtahanları təşkil olunub.

Bizimyol.info xəbər verir ki, bu barədə DİM-in mətbuat xidməti məlumat verib.

Bildirilir ki, COVID-19 la əlaqədar görülən ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.

İmtahanlarda ümumilikdə 90 nəfər iştirak edib (87 nəfər SAT, 3 nəfər isə SAT Subject olmaqla). İştirakçıların 5-i əcnəbi olub.

Növbəti SAT imtahanlarının 2021-ci il iyunun 5-də keçirilməsi nəzərdə tutulur.

SAT imtahanlarına qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı DİM-in rəsmi internet saytından əldə etmək olar: http://dim.gov.az/activities/exams/sat/

Paylaş »
››› Almaniyadan deportasiya olunan azərbaycanlılar Bakıya gəlib çıxmadı
››› Rusiya hökuməti Şuşa Bəyannaməsinə münasibət bildirib
››› Van Dammın oğlu azərbaycanlı qızla evləndi - Foto
››› Travmatologiya xəstəxanasında Qarabağ qazisini döyüblər - Video
››› “Baydenin Putinə çatmayan gücü media üzərində partladı” – Qərb mətbuatı
››› “Putinin əl-qol açmasının səbəbi Qərbin maymaq liderləridir”
››› Ter-Petrosyan: “Əliyevlə dil tapmaq lazımdır”
Son xəbərlər
Bütün xəbərlər »